Kalsium tarazlığı niyə pozulur və necə bərpa edilməli? – Tövsiyələr
Fidan Həmişəyeva
10:07 25.02.2021
Sağlamlıq
777
“D vitamini olan qidaların qəbulu lazımdır”
“Balıq, yumurta kimi məhsullara üstünlük vermək olar. Bundan əlavə açıq, xüsusilə günəşli havada gəzmək mühümdür”
Sümük sağlamlığı insan üçün olduqca əhəmiyyətlidir. Sümüklərin zəifləməsinə səbəb olan kalsium çatışmazlığı sinir və əzələ sisteminin də sıradan çıxmasına şərait yarada bilər. Bədən üçün çox vacib olan kalsium tarazlığı paratiroit ilə tənzimlənir. Qanda kalsium balansının pozulması böyrək daşı, mədə xorası, qəbizlik, ürək bulanması, qan təzyiqinin artması və unutqanlıq kimi bir çox fərqli simptomla ortaya çıxa bilər.
“Sherg.az” türk mediasına istinadən həkim-professor Ömer Uslukayanın paratiroid xəstəlikləri və müalicə üsulları haqqında məlumatı təqdim edir:
“Qanda kalsium balansının pozulması çox vaxt paratiroid hormonunun işləməməsi ilə əlaqədardır. Paratiroidin çox işlədiyi hallarda qanda kalsium dəyəri arta bilər. Bu hormonunun həddindən artıq ifrazı sümüklərdə lazım olan kalsiumun qan dövranında həll olunmasına imkan verir. Ona görə də sümük sağlamlığı üçün normasında olan kalsium və paratiroid hormonunun tarazlığı vacibdir”.
Həkimin sözlərinə görə, bəzən insanlarda unutqanlığın səbəbi yüksək kalsium ola bilər:
“Qanda kalsium səviyyəsinin artması beyin də daxil olmaqla bütün sinir sisteminə təsir edə bilər. Dərk etmə və nitq qabiliyyətinin zəifləməsi, unutqanlıq, depressiya və əzələ zəifliyi kimi şikayətlər olur. Kalsium çox olduğu kimi, az kalsium da problemlərə yol açır. Bu baxımdan tarazlığın qorunması olduqca vacibdir. Bunun üçün ilk növbədə düzgün qidalanma şərtdir. Sümük yeyilməsinə səbəb kalsium azlığıdır, kalsium tarazlığı üçün isə tərkibində D vitamini olan qidaların qəbulu lazımdır. Balıq, yumurta kimi məhsullara üstünlük vermək olar. Bundan əlavə açıq, xüsusilə günəşli havada gəzmək mühümdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat