“Karantin qaydalarına yekdilliklə əməl edilməlidir”
Fidan Həmişəyeva
14:23 19.11.2020
Sağlamlıq
919
“Əks halda sərt karantin rejimindən hələ uzun müddət çıxa bilməyəcəyik”
“Maskadan istifadə, sosial məsafə, şəxsi gigiyena və ətraf mühitin qorunmasına əməl etməklə əvvəlki həyat tempinə qayıda bilərik”
Ölkəmizdə xüsusi karantin rejiminin müddəti 28 dekabr 2020-ci il tarixinə qədər uzadılıb. Eyni zamandan karantin qaydaları yenidən sərtləşdirilib. Artıq 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Təbii ki, karantin qaydalarının sərləşməsinə yoluxma sayının artması səbəb oldu. Məsələn elə bu gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 597 yeni yoluxma faktı qeydə alınıb, 1 354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.
Yoluxma sayının artmasına dair fikirlərini “Sherg.az”la bölüşən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov bildirib ki, cəmiyyətimizdə hələ də qoyulan sadə qaydalara əməl etməyənlər var:
“Belə çətin bir məqamda hər kəs birlik göstərməlidir. Dövlətin qoyduğu qaydalara şərtsiz əməl edilməlidir. Yalnız bundan sonra yoluxma sayı minimuma endikdə, normal həyata qayıda bilərik. İndi isə əsas olan sadə qaydalara riayət etməkdir. Təəssüf ki, ictimai nəqliyyatda maskadan istifadə etməyən vətəndaşlara rast gəlirik. Maskadan istifadə etməmək isə yoluxma ehtimalını artırır. Bu baxımdan hər birimizin məsuliyyətli olması vacibdir”.
Assosiasiya sədri vurğulayıb ki, belə ağır dönəmdə cəmiyyət və dövlət tamlığı ilə bir olmalı və qoyulan qaydalar yekdilliklə əməl edilməlidir:
“Əks halda sərt karantin rejimindən hələ uzun müddət çıxa bilməyəcəyik. Dünyada COVİD -19 infeksiyasına qarşı peyənd icad edilənə qədər, saydığımız sadə qaydaları: maskadan istifadə, sosial məsafə, şəxsi gigiyena və ətraf mühitin qorunmasına əməl etməklə tez zamanda karantin rejimindən çıxa və əvvəlki həyat tempinə qayıda bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət