Karantin sərtliyi geri qaytarılmalıdır
05:58 06.11.2020
Sağlamlıq
718
"Əgər bu gün ölüm sayı ikirəqəmlidirsə, gələcəkdə üçrəqəmli də ola bilər"
“Xəstəliyə inanmamaq insanın təkcə özü üçün deyil, ətrafı üçün də çox təhlükəlidir. Yoluxmanın artmasına səbəb belə insanlardır". Bu sözləri tanınmış pediatr Vaqif Qarayev "Şərq"ə açıqlamasında deyib.
Həkim bildirib ki, yoluxmanın artmasına səbəb insanların xəstəliyə artıq laqeyd yanaşması, virusun olmasına inanmamasıdır: “Karantinin sərtliyindən hamı gileylənirdi. Ancaq nəticə göz önündədir. Yoluxma dinamikası günbəgün artır, vəziyyət belə davam etdikcə yoluxma daha da artacaq. Artıq ölüm statistikasında sürətli artım müşahidə olunmaqdadır.
Təbii ki, bu çox həyəcanlıdır. Bu templə getsə, əgər bu gün ölüm sayı ikirəqəmlidirsə, gələcəkdə üçrəqəmli də ola bilər. Bu gün iri marketlərdə maska taxmayanlar var. Xəstələrin sayı həddən artıq çoxalıb. Burada sual yaranır ki, nə səbəbdən çoxalıb?
Çünki koronavirusa yoluxanlar çox gec həkimə müraciət edirlər. Nəticədə vəziyyətləri ağırlaşır. Unutmaq olmaz ki bu, müharibədir və burada iki tərəf var. Bir tərəf virusdur, o biri tərəf isə əhalidir. Hökumət düz, ya səhv etdi, amma bütün dünyada bu virusdan qorunmağın çox sadə yolları var. Belə ki, məşhur üçlük mövcuddur – maska, distansiya və dezinfeksiya".
Həkim əhali arasında aparılan test sayına da toxunub:
"Bu gün test sayına baxmaq lazımdır. Əgər test az edilirsə, xəstə sayı da az olur. Çox təəssüf ki, ölkəmizdə tibbi sığorta olmadığı üçün hər kəsi testdən keçirmək mümkün deyil. Testin qiyməti isə reallıqda bahadır.
Bəzi müəssisələr hər ay işçilərdən testin nəticələrini tələb edirlər. Bunu düzgün hesab etmirəm. Çünki hər kəsin real büdcəsini nəzərə almaq lazımdır. Təbii ki, ölkədə bu gün Vətən müharibəsi gedir. Müharibə də nə qədər pul, vəsait tələb edir. Bu gün test ödənişini dövlətin üzərinə də atmaq düzgün deyil.
Buna görə də hər kəs birinci növbədə qoyulan tələblərə riayət etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual