Kardioloq Yevgeni Kokin bildirib ki, ağrısız və gizli keçən (“səssiz”) infarkt əsasən 65 yaşdan yuxarı, xüsusilə II tip şəkərli diabetdən əziyyət çəkən insanlarda müşahidə olunur.
Sherg.az xəbər verir ki, kardioloq sözlərinə görə, sinir uclarının zədələnməsi ağrı hissini zəiflədir və ya tam bloklayır. Yaş artdıqca sinir sisteminin qoruyucu funksiyaları azalır, stress, depressiya və xroniki xəstəliklər də ürək problemlərini artırır.
“Səssiz” infarktın əsas əlamətləri yorğunluq, az fiziki yükdə belə nəfəs darlığı, yuxu pozuntuları, başgicəllənmə və yüngül ürəkbulanmadır.