Keçməyən burun axıntısına diqqət: Beyin mayesi sızması ola bilər

Uzun müddət davam edən burun axıntısı müxtəlif səbəblərdən yarana bilər.

Sherg.az xəbər verir ki, KBB mütəxəssisi Mazhar Çelikoyar bildirir ki, ən qorxulan səbəb beyin mayesi sızmasıdır; bu, menenjit kimi ağır xəstəliklərə səbəb ola bilər, amma erkən aşkar edilərsə müalicəsi mümkündür.

Digər səbəblər arasında burun içi şişlər, allergiya və reflü də var.

Həkim tövsiyəsi budur ki, keçməyən burun axıntısına qarşı gecikmədən müayinə olun.