Kişilər estetikdə qadınları geridə qoydu - Əməliyyatlar 6 il ərzində ikiqat artdı

Son illərdə kişilər arasında estetik əməliyyatlara maraq sürətlə artıb. 2018–2024-cü illərdə cərrahi estetik əməliyyatlar 95%, cərrahi olmayan prosedurlar (botoks, lazer, kimyəvi pilinq) isə 116% artıb.

Qadınlarda da artım var, amma daha azdır: cərrahi əməliyyatlar 59%, cərrahi olmayan prosedurlar 55% yüksəlib.

Sherg.az xəbər verir ki, bu trend xüsusilə Orta Şərq və Latın Amerikası ölkələrində nəzərə çarpır.

Hələlik kişilər bütün estetik əməliyyatların yalnız 16%-ni təşkil edir. ABŞ bu sahədə liderdir, amma Asiya-Sakit okean regionunda artım daha sürətli gözlənilir.