Aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə "yumurtalığın boğulmuş kistası” diaqnozu ilə daxil olduğu Bərdə rayon Mərkəzi Xəstəxanasında "kistanın çıxarılması” cərrahi əməliyyatı olunduqdan sonra ölüb.
Kista əməliyyatlarında ölüm faizi çox aşağıdır
14:34 26.09.2020
Sağlamlıq
1472
Ancaq burda xəstənin individuallığı şərtdir
"Kök, yaşlı, yanaşı xəstəlikləri olan şəxslər üçün əməliyyatın bütün hallarda riskləri yüksəkdir
Sentyabrın 23-də saat 17 radələrində Bərdə rayonu, Mustafağalı kənd sakini Ayşən Həsənovanın Bərdə rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə "yumurtalığın boğulmuş kistası” diaqnozu ilə daxil olduğu Bərdə rayon Mərkəzi Xəstəxanasında "kistanın çıxarılması” cərrahi əməliyyatı olunduqdan sonra ölüb.
Ümumi-cərrah Ramil Nadirov "Şərq"ə açıqlamasında kista əməliyyatı üçün ölüm faizinin çox aşağı olduğunu deyib. Həkim bildirib ki, ancaq burda xəstənin individuallığı şərtdir:
"Kök, yaşlı, yanaşı xəstəlikləri olan şəxslər üçün əməliyyatın bütün hallarda riskləri yüksəkdir. Ümumiyyətlə, qeyd edim ki, yumurtalıq kistaları funksional və pataloji olur.
Funksional kistalara sarıcisim və folikulyar kistalar aiddir. Funksional kistalar müalicə olunaraq sorula bilər. Bəzən isə ölçüləri böyüyür və pataloji xarakter daşıyır. Bu halda əməliyyata ehtiyac duyulur. Pataloji yumurtalıq kistalarına dermoid kista, sadə serroz kistalar, parazit kistaları və yumurtalıq xərçəngi aiddir".
Zamanında düzgün müalicə aparılmadıqda yumurtalıq kistalarının həyat üçün təhlükəli xarakter daşıdığını vurğulayan R.Nadirov qeyd edib ki, gənc yaşlı (ana olmamış) qızlarda yumurtalıq kistalarına görə, laproskopik üsullu orqan qoruyucu əməliyyatların olunması vacibdir:
"Əgər yumurtalıq kistaları əməliyyat olunmazsa, bu zaman bir çox ağırlaşmalar yaranır. Birincisi, ölçüsü böyüyüb partlayaraq daxili qanaxma yarada bilər. Həmçinin ətraf orqanları sıxaraq bəzi problemlər yaradır. Məsələn, qəbizlik, hamilə qala bilməmək, sidiyə çıxa bilməmək və sair kimi. Hətta ağırlığına bağlı olaraq burula, irinləyə və uzun müddətdə xərçəngə çevrilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İzmirdə FETÖ əməliyyatı: 12 nəfər saxlanıldı...
01:05 11.02.2026
Dünya
ABŞ "Hizbullah"a qarşı sanksiyalar tətbiq edib
23:53 10.02.2026
Dünya
"Qarabağ"la oyun təxirə salınsa, oynamayacağıq - Vernidub
23:30 10.02.2026
Futbol
Venesuela İsrailə neft tədarükünü bərpa edib
23:06 10.02.2026
Dünya
D-8 sammiti İndoneziyada keçiriləcək
22:23 10.02.2026
Dünya
Əliyev və Vens mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
22:00 10.02.2026
Rəsmi
"Turan Tovuz" "Şaxtyor"un yetirməsini transfer etdi
21:41 10.02.2026
Dünya
Moskvada yaşayış binasında yanğın olub
21:26 10.02.2026
Dünya
Danlanı döyən eks-sevgilisinə həbs cəzası!
21:00 10.02.2026
Şou
Yaponiyanın ən yaşlı kişisi vəfat etdi
20:29 10.02.2026
Dünya
Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib
20:18 10.02.2026
Mədəniyyət
ABŞ-ın Vitse-prezidenti: Azərbaycana səfərdən şərəf duyuram
20:07 10.02.2026
Siyasət
Ukraynaya ən çox silah verən ölkələr...
19:56 10.02.2026
Dünya
Onu Mbappenin anasına bənzətdilər - FOTO
19:42 10.02.2026
Maraqlı
Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
19:34 10.02.2026
Gündəm