Koronavirusa yoluxanlar azı 10 il qocalır - Professordan TÖVSİYƏ
19:12 14.02.2021
Sağlamlıq
839
"Virusdan sağalanlar və reabilitasiya keçənlərlə mütəmadi ünsiyyətdən sonra deyə bilərəm ki, istənilən koronavirus keçirmiş şəxs azı 10 il qocalır. Hələ elə adam var, 20 il. Bu orqanizmin virusla müharibədən sonrakı vəziyyətidir".
Bunu Rusiyanın əməkdar həkimi, professor Sergey Nedoqoda bildirib.
Xəstəliyi keçirib, ambulator və ya stasionarda 14-21 gün mülaicə almaq virusla mübarizənin hələ birinci, başlanğıc hissəsidir.
Bu gün dünya virusun sonrakı fəsadı, orqanizmdə təsiri, xəstənin hansı hallardan keçəcəyi barədə elmi-tibbi məlumatlara malik deyil.
Lakin koronavirusu keçirmiş xəstələr hələ də əziyyət çəkirlər: kimi dad iybilmə qayıtmayıb, kimi idman edə bilmir, təngnəfəs olur, kimi də ağrılar olur, çoxu isə psixoloji baxımdan çöküb.
Bəs bu xəstələr tam bərpa olmaq üçün hansı reabilitasiyadan keçməlidirlər:
Professor bildirib ki, ilk dəfə Avropada qeydə alınan post kovid və ya uzun kovid sindromu xəstələrdə 3-6 ay, bəzən isə naməlum müddətə kimi çəkə bilər. Nə qədər çəkirsə, çəksin bu sindrom var və biz xəstələrə bu yolda dəstək olmalıyıq.
"İstər yüngül, istər orta ağır formada xəstəlik istənilən halda iri və xırda damarların keçiriciliyini pozur, zədələyir və trombozluğa meyillik yaradır.
Koronavirusun bərk-bərk yapışdığı ACE2 reseptorları bədənin bütün toxumalarında var. Maksimal dərəcədə bağırsaqlardadır, ikinci yerdə ürək, damarlar, sonra ağciyərlər gəlir.
Eləcə də qan, bütün orqan və toxumalara getdiyindən, deməli, virus hər yerdə ola bilər.
Holland alimlərinin son elmi araşdırmasına görə, koronavirus keçirmiş xəstənin orqan və sistemləri azı 10 il qocalır.
Bu insanlarda şəkərli diabet, təzyiq, bağırsaq və qaraciyər tərəfindən müxtəlif patologoyalar yarana bilər.
Koronavirusdan sonra xəstəliyin fəsadlarının simptomnları özünü 2 həftə sonra da, 90 gün ərzində təkrar-təkrar göstərə bilər.
Öz pasiyentlərimdə görürəm ki, hətta ən yüngül forma keçirənlərdə belə 2-3 ay ciddi və aydın astenik sindrom müşahidə edilir. Xəstə özünü 1 həftə yaxşı hiss edir, sonra birdən 10 gün rahatsızlıqlar başlayır.
Zəiflik, yorğunluq, fiziki yük və çox iş, gəzmək zamanı təngnəfəslik, depressiya, iştahsızlıq.
Ona görə da 21 gün müalicə almaq, koviddən tam xilas olmaq demək deyil.
Kovidin bədəndə nə qədər qalıb, nələr yaradacağını biz bir il sonra, indiki xəstələri müşahidə edərək biləcəyik.
Bu xəstələr nə etməlidir?
indi bizdə regional olaraq reabilitasiya mərkəzləri, sanatoriyalar ayrılıb və onlarda post kovid müalicə sxemləri var.
Bu proqrama nevroloq, terapevt, kardioloq, LFK mütəxəssisi, fizioterapevt daxildir. Xəstələr qrup halında tənəffüs gimnastikası, fizioterapiya, LFK, yüngül idman, masaj və nevroloji müalicədən keçirlər.
2 həftəlik reabilitasiya kursu 3-4 aydan bir təkrarlanmalıdır.
Xarici ölkələrdəki həkimlər bu xəstələrə hər şeyi asta-asta, zamanla, az yüklə başlamağı tövsiyə edir.
Adicə yürüş, gəzmək gündə 10 dəqiqədən asta templə başlayıb, 2 həftəyə 1 saata qaldırılmalıdır. Birdən-birə kilometrlərlə yol getmək olmaz.
Xəstələr yorğunluqdan, susuzluqdan, təngnəfəslikdən, tərləmədən özlərini gözləməlidir.
Əgər xəstədə sakit halda ürək vurğusu 100-ü keçirsə, temperaturu 37,3 -dən düşmürsə, adi danışıqda təngnəfəs olursa, təzyiqi yüksəlirsə, o zaman daha ciddi müayinə, müalicələrə cəlb olunmalıdır.
Bu xəstələr qətiyyən şar üfləməklə, ağciyərlərini məşq etdirməsinlər. Bu çox zərərlidir.
Onlar üçün bu Kvadrat metodu yaxşıdır:
Nəfəs almaq nəfəsi verməkdən 2 dəfə uzun olmalıdır. Adətən insan qısa nəfəs alıb, uzun nəfəs verir. Bu dəfə əksinə etməlisiz.
Bu metod ağciyərləri drenaj edir, simpatik sinir sistemini sakitləşdirir. /medicina.az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual