"Koronavirusu müalicə edən heç bir dərman yoxdur" - Yoluxucu xəstəliklər üzrə mütəxəssis
11:48 10.01.2021
Sağlamlıq
512
"Əczaçılıq şirkətləri isə böyük miqdarda qazanc əldə etməyə tələsirlər"
“Koronavirusun xüsusi müalicəsi olmadığını və bu sahənin inkişaf etdirilməyəcəyi fikrindən imtina etmək insanlar üçün çox çətindir. Xatırlatmaq istəyirəm ki, müasir tibbin arsenalında əhəmiyyətli dərəcədə effektivliyi olan antiviral dərmanlar çox azdır və ya demək olar ki, yoxdur. Bu sahədə yeganə böyük uğur hepatit C və QİÇS üçün dərmanların hazırlanmasıdır. Ancaq dərmanlar QİÇS-i müalicə etmir, sadəcə virusun bədəndə çoxalmasını ləngidir. Cəmiyyətin hər hansı bir dərmanı, çox təsirli olmadığı halda belə qəbul etməyə hazır olduğundan istifadə edərək, əczaçılıq şirkətləri böyük miqdarda qazanc əldə etməyə tələsirlər”.
Sherg.az xəbər verir ki, bunu pediatr, yoluxucu xəstəliklər üzrə mütəxəssis, Həmid Hacıağayev deyib. Həkim bildirib ki, indiyədək hər hansı dərman suçiçəyi xəstəliyini bilinən müddətdən daha tez müalicə edə bilməyib:
"Yaxud hansı dərman qızılçanın müddətini azaldıb? Panikada olan bir insan asan hədəfə çevrilir. Belə bir dövrdə istehlak xüsusiyyətləri aşağı olan bir dərmanın satışına başlamaq - çox böyük mənfəət əldə etmək deməkdir”.
Həkim qeyd edib ki, bu günə qədər koronavirus xəstəliyini müalicə etmək üçün, xüsusən də birbaşa virusun özünə qarşı mübarizə aparmaq üçün hazırlanmış bir dənə də olsun dərman yoxdur. Hal-hazırda COVİD-19 infeksiyasının müalicəsi üçün istifadə edilən dərmanlar, başqa məqsədlər üçün hazırlanmış və əksər hallarda bu məqsədlər üçün belə istifadəsi əsaslandırılmayan dərmanlardır. Xüsusən də dərman bazarı, əlbəttə ki, indi trenddə olan və böyük satışlara sahib olan müxtəlif “fufloferonlarla” doludur. Əlbəttə ki, inanılmaz sərmayələrlə antivirial dərmanlar külli miqdarda alınmağa başlayıb. Həqiqət kimə lazımdır? Üstəlik, qiyməti süni olaraq şişirdilmiş olsa da, satışı yenə dayanmadı. Bütün bunlar insan sağlamlığına qarşı cinayətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual