Koronavirusun əsas klinik əlamətləri AÇIQLANDI
09:40 22.11.2020
Sağlamlıq
1145
“Quru öskürək, qızdırma, halsızlıq, boğaz ağrısı, burun axması, əzələ ağrıları, təngənəfəslik, boğulma, ishal, ürəkbulanma, qusma, iştahsızlıq yaradır”
“Koronavirus hava-damcı yolu ilə yayılan kəskin respirator virus infeksiyasıdır. Qriplə oxşar əlamətləri çox olsa da, qrip deyil, sadəcə virus mənşəli bir xəstəlikdir. Bu infeksiya yaşlılara, sağlamlıq problemi olan, immun sistemi zəif olan insanlara daha tez təsir göstərir. Koronavirus, bir insandan qrip virusuna bənzər şəkildə asqırma və öskürmə nəticəsində hava-damcı yoluyla digər insanın yuxarı tənəffüs yollarına ötürülür”.
Bu sözləri infeksionist Azər Nağıyev deyib. Həkimin sözlərinə görə, quru öskürək, qızdırma, halsızlıq, boğaz ağrısı, burun axması, əzələ ağrıları, təngənəfəslik, boğulma, ishal, ürəkbulanma, qusma, iştahsızlıq koronavirus xəstəliyinin əsas klinik əlamətləridir:
“Koronavirusun hazırda spesifik müalicəsi və peyvəndi yoxdur. Dünyada çoxlu sayda mütəxəssislər bu problemin həlli üçün durmadan çalışır. Hazırda ona qarşı müalicə hələlik simptomatik preparatlarla aparılır.
Qızdırma salınır, ağciyər çatışmazlığı varsa, dəstək verilir. Koronavirusdan qorunmaq üçün qida rasionunda tərəvəz və meyvələrə (vitamin C ilə zəngin olan) üstünlük verilməli, gündəlik 2 litrdən az olmayaraq maye qəbul edilməli, bitki çaylarına üstünlük verilməlidir. Eyni zamanda sanitar-gigiyenik qaydalara riayət etmək lazımdır.
İnsanlar özlərində və ya yaxınlarında şübhəli hal aşkar etdikdə dərhal həkimə müraciət etməlidirlər. Xəstə insanların vaxtında tibb müəssisələrinə müraciət edərək müayinə olunması həm xəstəliyin vaxtında aşkar edilərək müalicə olunmasına, həm də xəstəliyin yayılmasının qarşısını alınmasına səbəb olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır
19:02 23.10.2026
Sağlamlıq
İordaniyada üç silahlı kilsəyə hücum etdi - 7 ölü, 12 yaralı var
18:55 23.10.2026
Gündəm
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:47 23.10.2026
Region
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:44 23.10.2026
Dünya
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm