Körpələri nə güldürür?
Yusif Nəzərli
01:19 09.06.2025
Sağlamlıq
400
Danışmağa başlamazdan çox əvvəl gülüşlər saçan körpələr, əslində, insan ünsiyyətini anlamağa açar verən mənbə ola bilərlər. Sherg.az xəbər verir ki, Körpə gülüşü ilə bağlı tədqiqat aparan alimlər bu mövzuda olduqca maraqlı fikirlər irəli sürürlər.
Bir körpənin gülüşündən daha sevimli hansı səs ola bilər? Görünür ki, bu qığıldamaq çox vaxt sadəcə “ce-ə” oyunu və ya rəngli oyuncaqlardan qaynaqlanmır. Körpələrin gülüşlərinin səbəbi daha fundamental və dərindən gələn bir şeylə əlaqəlidir. İngiltərədən inkişaf psixologiyası üzrə mütəxəssis Caspar Addyman bu məsələyə işıq salır: “Körpələri və kiçik uşaqları nə güldürür?”
Körpələr danışmadan əvvəl gülürlər
Körpələr danışmazdan əvvəl gülürlər, bu da gülüşü insanların dünyanı necə qavradıqlarını öyrənmək üçün ən qədim açar mənbələrdən biri edir. Londra Universiteti Goldsmithsdə çalışan Addyman ilk olaraq bununla maraqlanıb. Körpələrin necə öyrəndiyini başa düşmək istəyib, lakin yetkin insanlardan fərqli olaraq onlara sual verə bilməyib. Körpələr adətən ilk sözlərini 9-12 aylığında deyirlər, amma araşdırmalar göstərir ki, onlar çox daha erkən – həyatlarının təxminən 3-cü ayında gülməyə başlayırlar. Bəs körpələrin nə düşündüyünü onların gülüşündən öyrənmək mümkündürmü? Valideynlərə ünvanlanan “Körpəniz ilk dəfə nə vaxt güldü? Nəyə ən çox gülür? Hansı oyuncaqlar və oyunlar onları güldürür?” suallarından alınan cavablar, körpələrin ilk 3 ayda gülməyi öyrəndiklərini göstərir.
“Ce-ə” oyunu
Dünyada ən çox oynanılan oyunlardan biri olan “ce-ə” körpələri ən çox güldürən oyundur. Əllər üzünü örtəndə körpələr qarşısındakı adamın yoxa çıxdığını düşünürlər və əllərini açanda gözlənilməz bir şəkildə yenidən ortaya çıxdığı üçün təəccüblənirlər. Maraqlısı odur ki, iki yaşında olan uşaqlar üçün bu təəccüb hissi artıq zəifləsə də, yenə də eyni şəkildə bu oyuna reaksiya verirlər. Əslində uşaqlar nəyə gülürlər?
Araşdırmalar göstərir ki, həyatın ilk dövrlərində gülüşün ən böyük səbəblərindən biri paylaşmaqdır. 2,5–4 yaş arası uşaqların komik cizgi filmini təkbaşına, bir dostları ilə və ya bir qrup uşağın içində izlədikləri zaman necə güldükləri müşahidə edilib. Nəticələr göstərib ki, uşaqlar cizgi filmini tək izlədiklərindən səkkiz dəfə çox, bir yoldaşla birlikdə izləyərkən gülürlər. Halbuki filmin komikliyi hər iki halda da eyni qiymətləndirilib. Böyük bir qrupda daha çox gülünəcəyi gözlənsə də, maraqlı olaraq uşaqlar tək yoldaşla izlədikləri qədər də qrupda çox gülməyiblər. Bu isə gülüşün sadəcə yoluxucu bir şey olmadığını, əksinə orada kiminləsə paylaşım və ünsiyyət siqnalı kimi rol oynadığını göstərir.
Təkcə oyuncaq deyil, insan əlaqəsi
Addyman deyir: “Əgər bir sözlə cavab verməli olsaydım, ‘insanlar’ deyərdim. İki sözlə desəm, ‘böyüklərin diqqəti’. Və ya ‘insan əlaqəsi’.” “Ce-ə” oyununu misal gətirərək bildirir ki, körpələrin ən çox güldükləri an, üzünü açıb körpə ilə yenidən göz təması qurduğunuz andır. Körpənin gülüşü bu əlaqəni paylaşmağın və davam etdirməyin bir yoludur. Körpələr bununla sizinlə ünsiyyət qurur.
Evrim baxımından gülüş
Addyman, gülüşün insanın başqaları ilə paylaşım ehtiyacının təkamül yolu ilə inkişaf etdiyini düşünür. Oxford Universitetindən antropoloq Robin Dunbar da gülüşün əcdad primatlarda tükləri təmizləmə davranışının yerini alaraq insanlar arasında ünsiyyət, inam və cəmiyyət hissini gücləndirdiyini irəli sürür. Körpələr üçün isə ünsiyyət imkanları çox məhdud olduğu üçün gülüş ikiqat əhəmiyyət kəsb edir.
Gülüşü saxtalaşdırmaq çətindir, ona görə də o, insanın özünü rahat hiss etdiyi zaman verdiyi səmimi siqnaldır. Bu baxımdan, gülüş həm sosial bir siqnal, həm də sosial birləşdirici funksiyası daşıyır: birlikdə gülmək insanı cəmiyyətə aid hiss etdirir.
Nəticə
Bir körpənin şirin gülüşü haqqında hələ də cavablandırılmamış çox sual var. Bu gülüşün öyrənmə prosesində hansı mərhələdə meydana gəldiyi də bunlardan biridir. Lakin indiyədək aparılan tədqiqatlardan öyrəndiyimiz vacib bir məqam var: körpələr göstərilən diqqəti görür və sizinlə danışa bilməsələr də ünsiyyət qurmağa çalışırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm
Ağdamda ağır qəza: 6 nəfər...
16:49 03.07.2026
Hadisə