Kosmosun çətin şərtləri insan bədəninə necə təsir edir?
12:31 05.09.2025
Sağlamlıq
434
Yeni bir araşdırmaya görə, kosmik səyahət insan orqanizmindəki kök hüceyrələri sürətlə qocaldır və bədənin özünü bərpa mexanizmlərini zəiflədir.
Sherg.az xəbər verir ki, bəşəriyyətin ən böyük nailiyyətlərindən biri olan kosmik uçuş insan bədənindəki həyati hüceyrələr üçün ağır nəticələr yaradır.
Yeni araşdırmaya əsasən, kosmik missiyalar orqanizmin təbii bərpa sistemi üçün kritik əhəmiyyət daşıyan kök hüceyrələrin qocalma prosesini sürətləndirir.
Kaliforniya Universitetindən bir qrup alim kök hüceyrələri dörd təchizat missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya (ISS) göndərib.
32-45 gün davam edən missiyalardan sonra aparılan analizlər göstərib ki, hüceyrələr sağlam yeni hüceyrələr yaratmaq qabiliyyətini itirir, DNT zədələnməsinə daha meyilli olur və xromosomların ucundakı qoruyucu qapaqlar (telomerlər) qısalır.
Bu dəyişikliklər hüceyrə səviyyəsində sürətlənmiş qocalmanın əlamətləri kimi qiymətləndirilib.
Bu təsirlər bir neçə ay əvvəl NASA astronavtları Butch Vilmore və Suni Villiamsın geri dönüşündə də özünü göstərib. Əvvəlcə 8 gün planlanan missiya, “Boeing Starliner”dəki texniki problemlər səbəbindən 286 gün davam edib.
Yerə döndükdə hər iki astronavtın yorğun, zəif və yaşlı görünməsi diqqət çəkib. Villiamsın saçlarının nəzərəçarpacaq dərəcədə ağardığı bildirilib.
Çəkisizlik mühitində əzələ əriməsi və sümük itkisi yaşayan astronavtlar enişdən sonra yeriyə bilmədikləri üçün xərəkdə daşınıb.
Yeni araşdırmada məlum olub ki, kök hüceyrələr kosmosda anormal dərəcədə aktiv olur. Bu isə onların enerji ehtiyatlarını tükəndirməsinə və özlərini yeniləyə bilməməsinə səbəb olur.
Hüceyrələrdə iltihab prosesi və mitoxondriyalardan qaynaqlanan stress də müşahidə edilib. Lakin bu hüceyrələr daha sonra gənc və sağlam bir mühitə yerləşdirildikdə bəzi zədələrin geri döndüyü aşkarlanıb.
NASA-nın “Əkizlər araşdırması” da oxşar nəticələr ortaya qoymuşdu. Astronavt Scott Kelly 340 gün kosmosda qalarkən, əkizi Mark Kelly Yer üzündə yaşamışdı.
Araşdırmada gen ifadələrində dəyişikliklər, telomerlərin uzunluğunda dalğalanmalar və bağırsaq mikrobiomunda dəyişmələr qeydə alınmışdı. Təsirlərin çoxu Yerə dönüşdən sonra normala dönsə də, bəzi dəyişikliklərin qalıcı ola biləcəyi müəyyən edilmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm