“Maarifləndirmə ən effektli profilaktik tədbirdir”
Fidan Həmişəyeva
13:25 27.11.2020
Sağlamlıq
833
“Hər birimiz dövlətin atdığı addımları dəstəkləməliyik”
“Məhz belə olduğu təqdirdə qısa zamanda normal həyatımıza qayıda bilərik”
Bu gün Azərbaycanda COVID-19 infeksiyasına yoluxma və ölüm sayı ən pikk həddə çatıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Sherg.az”a verilən məlumata görə, 3712 yeni yoluxma faktı qeydə alınıb. 1359 nəfər müalicə olunaraq sağalıb və analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib. Dünyanın koronavirusla bağlı mənzərəsi getdikcə daha tünd çalarlar almaqdadır. Virusun yayılmasında kritik mərhələni yaşayırıq. Dünya ölkələrinin əksəriyyəti pandemiyanın ikinci dalğasını yaşayır. Ümumdünya Səhiyya Təşilatı (ÜST) koronavirusun üçüncü dalğasının da yaşanacağını istisna etmir.
Təəssüf ki, mövcud durumun ürəkaçan olmaması müvafiq dövlət orqanlarının daha sərt qərarları qəbul etməsini gündəmə gətirir. Bəs, belə davam edəcəyi təqdirdə sərt karantin rejiminə keçid nə dərəcədə realdır?
“Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin sədri Fikrət Xəlilov təəssüfl hissi ilə bildirib ki, vətəndaşlar sadə qaydalara əməl etmirlər. Bu baxımdan yoluxma sayının kəskin artması gözlənilən idi.
Birlik sədri qeyd edib ki, maskadan istifadə, gigiyenik qaydalara əməl etmək, sosial məsafə saxlamaq vacib qaydalardan biridir:
“Çünki virus infeksiyalarından qorunmağın əsas yolu gigiyenik qaydalara düzgün əməl etməkdən keçir.
Bu, insanlarda vərdiş halını almalıdır. Təcrübələr göstərir ki, belə xəstəliklər bir qayda olaraq şəxsi gigiyena qaydalarına riayət etməməkdən yaranır. Unutmayaq ki, yoluxucu xəstəliklər erasının davam edəcəyi istisna olunmur.
Payız-qış mövsümündə xəstəliklərin baş qaldırması koronavirusun yenidən alovlanmasına səbəb ola bilər. Odur ki, vətəndaşlarımız karantin rejiminin tələblərini ciddi şəkildə yerinə yetirməlidirlər. Hər birimiz dövlətin atdığı addımları dəstəkləməliyik. Məhz belə olduğu təqdirdə qısa zamanda normal həyatımıza qayıda bilərik”.
F.Xəlilov vurğulayıb ki, hələ də vəziyyəti olduğu kimi dərk etməyənlərə, qaydaları kobudcasına pozanlara rast gəlmək olur:
“Fikrimcə, yoluxmanın qarşısının alınmasında, virusa yeni yoluxma hallarına yol verilməməsində maarifləndirmə ən yaxşı, həm də effektli profilaktik tədbirdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi