Mama-ginekoloq: Bu, təbii doğuşdur və haradasa baş verməsi tibbi risk yaratmır
09:51 08.08.2025
Sağlamlıq
437
Lakin doğuşun xəstəxana şəraitində baş verməsi daha məqsədəuyğundur
Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində hər ikisinə dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər.
Bu barədəTƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.
Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.
Vaxtından əvvəl, 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2200 qram, boyu 47 sm, kişi cinslidir.
Uzman mama-ginekoloq Rəşad Sultan “Sherg.az”a bildirib ki, sürətli doğuş ehtimalı olan pasiyentlərə xəbərverici əlamətlərin müşahidəsi zamanı dərhal həkimə müraciət etmələri tövsiyyə olunur:
“Sürətli doğuş ehtimalı olan ikinci, üçüncü, dördüncü, yəni təkrar hamiləliklərdə doğuş prosesi daha sürətli keçə bilir. Bəzən qadınlar birinci doğuş təcrübəsinə əsaslanaraq səhlənkarlıq göstərirlər. Belə hallarda birinci doğuşun uzun müddət çəkməsi səbəbindən evdə bir qədər gözləyirlər və nəticədə doğuş yolda baş verə bilir. Bu hal tibbi baxımdan faciə hesab edilmir. Çünki bu, təbii doğuşdur və haradasa baş verməsi tibbi risk yaratmır. Lakin doğuşun xəstəxana şəraitində baş verməsi daha məqsədəuyğundur. Tibb praktikasında “planlı doğuş” anlayışı da mövcuddur. Bu anlayış son dövrlərdə elmi və tibbi müzakirələrdə gündəmə gəlib. Burada məqsəd doğuş prosesini özbaşına sancının başlamasına buraxmadan, hamiləliyin 39–40-cı həftəsində dərman vasitəsilə süni şəkildə başlatmaqdır. Bu, elmi mübahisə mövzusu olan bir yanaşmadır və bütün dünyada tətbiq olunan məcburi bir metod deyil. Sadəcə olaraq nəzəri bir yanaşma kimi qeyd olunur. Bununla yanaşı, xəbərverici əlamətlər mövcud olduqda pasiyentlərin dərhal xəstəxanaya müraciət etməsi vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə