"Maska hər kəsin gündəlik aksesuarı olmalıdır" - Həkim
08:57 30.10.2020
Sağlamlıq
1002
"İnsanlar qaydalara əməl etməsələr bu virusun kökünü kəsmək mümkün olmayacaq"
"Meyvələrin bol vaxtıdır, bundan yararlansınlar"
“Vəziyyət dəyişərsə, kəskin karantin rejiminə keçilə bilər"
Yeni növ koronavirus -COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb. Metroların da fəaliyyətinə məhdudiyyət qoyulub.
Azərbaycan Ordusu işğalçılarla mübarizə apardığı bir vaxtda bəşəriyyətin baş ağırısına çevrilmiş, gözə görünməz koronavirusu da unutmamalıyıq. Hər iki bəla böyük qurban, insan itkiləri hesabına başa gəlir. Azərbaycanda koronavirusa ilk yoluxma halı fevral ayının sonunda aşkarlansa da, son dövrlərdə statistik göstərici dördrəqəmliyə yüksəlib. Dünən Azərbaycanda koronavirusa 1015 nəfər yoluxub.
Virusa yoluxma ilə bağlı dinamikanın artma səbəbləri barədə “Sherg.az”a danışan tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı qeyd edib ki, mövsümi dəyişikliyə görə yuxarı tənəffüs yollarında xəstəliklər müşahidə edilir.
Həkimlər, infeksionistlər bu barədə məlumat verirdilər ki, ehtiyatlı olsunlar. Bu yenə də təsdiqləndi. O bildirib ki, bir neçə ay öncə müşahidə edilən infeksiyaya yoluxma halının minimuma enməsi insanlarda arxayınlaşdırdı:
"Yay aylarında yoluxmanın sayı aşağı düşdü, sağalanların sayı 2-3 dəfə artdı. Əhali elə bildi ki, virus bitib. Ümumdünya Səhiyyə Təşkilatı nə vaxt elan edərsə, virus artıq yox olub, o zaman deyə biləcəyik ki, virus tamamilə aradan qalxıb. Hər yerdə koronavirusla bağlı reklam işləri gedir. Müşahidələrimə əsasən təəssüflə deyirəm ki, insanların hamısı maskadan istifadə etmir. Sosial məsafə isə ümumiyyətlə gözlənilmir. Xüsusilə də iri marketlərdə praktik sürətdə izah edilir ki, məsafə saxlayın. İnsanlar yenə də, qaydalara məhəl qoymur. Özlərinə deyəndə də aqresiyya ilə qarşılayırlar. Bu virus o qədər yenidir ki, dünyanın məşhur virusoloqları belə konkret fikir deyə bilmirlər”.
Həkimin qənaətincə, koronavirus mutasiyaya uğradığı üçün hər kəs eyni cür keçirmir:
“Hər hansı dərman yaxud virus haqqında gərək illərlə tədqiqat aparılsın ki, neçə nəfərdə yaxşılaşma, ya da pisləşmə olduğu ortaya çıxsın.
Deyək ki, maska taxırlar. Amma çənələrinin altında saxlayırlar. Son tədqiqatlar göstərir ki, vaksin hazırlanır. Lakin vaksin insanı 60-65 faiz, maska isə 95 faiz hallarda virusdan qoruyur. Maska hər kəsin gündəlik aksesuarı olmalıdır. Müharibə şəraiti ilə bağlı insanların gözünə heç nə görünmür. İnkubasiya dövrünü, minimum 14 gün gözləmək lazımdır. İnsanlar qaydalara əməl etməsələr, bu virusun kökünü kəsmək mümkün olmayacaq. Virus təfsilatı ilə müəyyən edilmədiyi üçün bunu sistematik müalicə edirik".
İnsanlarım sıx toplaşdığı məkanlarda virusun yayılacağını diqqətə çatdıran Şəmsiyyə Namazlı vurğulayıb ki, adi ehtiyatsızlıqdan virusun artma dinamikası müşahidə edilə bilər:
"Elə marketlər var ki, temperatur da ölçülür, gigiyenik vasitələr də var. Lakin əksər böyük marketlərdə yoxdur. Marketin nəzarətçisi arada gəzməlidir. Söyləməlidir ki, sosial məsafəni qorusunlar.
Məsələn, mən 8-ci kilometrdə yaşayıram, dəfərlərlə marketə getmişəm. Kassada əyləşən xanım maskadan istifadə etməyib. Deyəndə ki, maskanı taxın, yenə çənəsinin üzərində saxlayır. Bu adi bir şeydir, 1-ci sinif şagirdləri də bilir. Hava daha da soyuq olacaq, bu qış bizi nə gözləyir, bilmirik.
Qərar verildi ki, taksilərdə şüşə ara kəsmə olmalıdır, əgər olmasa, istifadəsinə icazə verilmir. Mən şəxsən "*8555" taksi xidmətinə tez-tez zəng edirəm. Bir-iki nəfərdə gördüm ki, sellofan torba kimi ara kəsmə qoyub. Sürücülərdə adi maska da yoxdur, istifadə etmədikləri üçün geri qaytardıqlarım olub. Əgər müəssisə işlədirsənsə, ölkənin qanunlarına əməl etməlisən. Bütün bunların başında hər kəsin təlimatlara əməl etməsi dayanır.
Həkim olaraq tövsiyə edirəm ki, insanlar meyvələrin bol vaxtında bundan yararlansınlar. Maşaallah, meyvələr çoxdur, kompotlar hazırlasınlar və mümkün qədər açıq havada olsunlar. Vəziyyət dəyişərsə, kəskin karantin rejiminə keçilə bilər".
Aygün Mustafayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual