Uzun müddətdir rast gəlinməyən suçiçəyi halları məktəblərdə yenidən müşahidə olunur. Xəstəlik ilkin mərhələdə özünü açıq şəkildə göstərmədiyi üçün uşaqlar arasında sürətlə yayılır. Qızdırma, halsızlıq və iştahasızlıq suçiçəyinin ilk əlamətləridir.
Sherg.az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, səpkilər əvvəlcə qızartı şəklində yaranır, sonra içi maye ilə dolu qabarcıqlara çevrilir. Xəstəlik son dərəcə yoluxucudur və səpkilər çıxmamışdan əvvəl də uşaqlar virusu yaya bilirlər. Bu səbəbdən risk olan uşaqların məktəbə və bağçaya göndərilməməsi tövsiyə olunur.
Qabarcıqlar tam qabıq bağlayanadək yoluxuculuq davam edir. Əgər qızdırma düşmürsə, dəridə iltihab yaranırsa və ya uşaq qida qəbul edə bilmirsə, həkimə müraciət etmək vacibdir.