
Milçək və ya ağcaqanadlar müxtəlif virusların daşıyıcısı ola bilər -Professor
13:04 25.08.2025
Sağlamlıq
647
ABŞ-li həkimlər ölkədə ilk dəfə insanın ABŞ tropik ətyeyən milçək sürfələrinə yoluxma halını qeydə alıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat verib.
Məlumata görə, yoluxma Merilend ştatına Qvatemaladan gələn şəxsdə aşkarlanıb. Agentliyin qeyd etdiyi kimi, ABŞ-də insanların böcək sürfələri ilə ilk yoluxma halı haqqında məlumat dövlət baytarlarına bildirilib. Bundan əlavə, oxşar məlumatlar mal-qara istehsalçıları birliyi tərəfindən də yayılır.
ABŞ xəstəliklərə nəzarət və profilaktika mərkəzinin və Merilend Səhiyyə Departamentinin nümayəndələri agentliyə bu məlumatı şərh etməyiblər.
Qeyd edək ki, ABŞ tropik ətyeyən milçək sürfələri mal-qara və digər heyvanların əti ilə qidalanır. İlkin olaraq milçəklərin yayılması Mərkəzi Amerikada və Meksikanın cənubunda qeydə alınıb, bundan sonra parazitlər digər bölgələrə yayılıb.
Tibb elmləri doktoru Adil Qeybulla “Sherg.az”a bildirdi ki, milçək süfrələri tropik bölgələrdə, həmçinin Azərbaycanın özündə də müşahidə olunur:

“Onların böyük əksəriyyəti müxtəlif şəkildə qidalanır və əsasən ət yeyən milçəklər qrupuna aiddir. Bu növlər adətən müxtəlif qidaların üzərinə qonaraq orada süfrələr qoyurlar və nəticədə çoxalıb yeni milçəklər əmələ gətirirlər. Hətta insan orqanizmində də dəri bütövlüyü pozulduqda, yaralar əmələ gəldikdə, milçəklər həmin yaradan gələn qoxunu hiss edərək ora süfrələr qoyurlar. Nəticədə yarada qurdlar inkişaf edir. Bu hal xüsusilə baş nahiyəsində olan dəri törəmələrində, müxtəlif xroniki yaralarda, o cümlədən çarjolin yarasında müşahidə olunması ehtimalı var. Belə süfrələr və qurtlar yaranaraq çoxalır və insan üçün ciddi təhlükə yarada bilir. Bundan əlavə, istənilən milçək və ya ağcaqanadlar müxtəlif virusların daşıyıcısı ola bilər. Onlar, xüsusilə hemorragik qızdırmaların törədicilərini daşımaqla, insan orqanizminə yoluxması mümkündür. Əgər bu viruslar insanda xəstəlik törətmə qabiliyyətinə malikdirsə, onlar orqanizmdən-orqanizmə əsasən sancma yolu ilə asanlıqla keçə bilirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət