Milyonda 3 nəfərdə rast gəlinən nadir xəstəlik səbəbindən yeriyə bilməyən 9 yaşlı Emir Asaf yenidən qaçmağa başlayıb.
Sherg.az xəbər verir ki, ona uşaqlıq dövrünə xas revmatik xəstəliklərdən olan “juvenil dermatomiyozit” diaqnozu qoyulub. Təxminən bir il davam edən müntəzəm və multidissiplinar müalicədən sonra Emir Asaf sağalıb, normal fiziki fəaliyyətlərinə qayıdıb. Müalicə İstanbulda Başakşehir Çam və Sakura Şəhər xəstəxanasında aparılıb.