Mövcud vaksinlər yeni ştammın öhdəsindən gələ biləcəkmi? – Açıqlama
Fidan Həmişəyeva
12:11 28.12.2020
Sağlamlıq
904
“Məhz vaksinasiya insanları normal və təhlükəsiz həyata qaytara biləcək”
“Vaksinlərin ölkəmizdə tətbiq olunmasını tezləşdirmək və planlı şəkildə tətbiq etmək mütləqdir”
Koronavirusun Böyük Britaniyada yayılan yeni ştammı İspaniyada da qeydə alınıb. Madriddə ən azı dörd nəfərdə COVID-19-un yeni mutasiyası aşkar edilib. İlkin məlumata görə, həmin şəxslər Britaniyadan gələnlər olublar.Xatırladaq ki, bir sıra dövlətlər koronavirusun yeni ştammı tapılan Britaniya ilə hava əlaqəsini dayandırıblar.
Mövcud durum ölkəmizdə də təlaşa səbəb olub. COVİD -19 ilk dəfə Çində yayıldığı zamanlarda ölkəmiz üçün hansısa təhlükənin olacağını ehtimal etmirdik. Hətta bu virus o qədər də ciddi qəbul edilmirdi. Lakin COVİD-19 nəinki Azərbaycan, bütün dünyada tüğyan etdi. Son günlər isə koronavirusun yeni ştammı böyük narahatlıqlar yaradır.
Çünki virusun yeni mutasiyası sürətli şəkildə yayılmaq qabiliyyətinə malikdir. Bu baxımdan dövlət və cəmiyyət olaraq maksimum dərəcədə diqqətli və məsuliyyətli olmaq vacibdir.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov “Sherg.az”a bildirib ki, Böyük Britaniya, Hollandiya və bir neçə Avropa ölkəsində mutasiyaya uğramış COVİD-19 virusunun hazırki adı B.1.1.7 kimi qeydə alınıb:
“Mutasiyaya uğramış virusun yoluxma riskinin 70 faiz daha yüksək olduğu aşkar edilib. Bir çox ölkələrin Böyük Britaniya ilə yollarını bağlanmasını müşahidə edirik. Hazırda çox həssas və təhlükəli dönəm yaşayırıq. Bu dönəmdə virusun yayılmaması üçün bütün qabaqlayıcı təhlükəsizlik tədbirlərini görmək vacibdir”.
Assosiyasiya sədrinin fikrincə, sevindirici hal ondan ibarətdir ki, COVİD-19 virusuna qarşı vaksinasiya həm də mutasiyaya uğramış virusun öhdəsindən gələcək:
“Məhz vaksinasiya insanları normal və təhlükəsiz həyata qaytara biləcək. Yuxarıda deyilənləri nəzərə alıb, vaksinlərin ölkəmizdə tətbiq olunmasını tezləşdirmək və planlı şəkildə tətbiq etmək mütləqdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi