ABŞ-da doğulan Brooke Parrish nadir genetik xəstəlik olan Pfeiffer sindromu ilə dünyaya gəlib və uşaqlıqdan insanların maraqlı baxışları ilə üzləşib.
Sherg.az xəbər verir ki, çoxsaylı əməliyyatlara və fiziki məhdudiyyətlərə baxmayaraq, illər keçdikcə öz fərqliliyini qəbul edərək güclü tərəfə çevirib. Bu gün Brooke sosial şəbəkələr vasitəsilə minlərlə insana özünü qəbul etməyin və güclü olmağın mümkünlüyü barədə ilhamverici mesajlar verir.