NARAZILIQ ! - “Hanı sizin testiniz, dərmanlarınız...?" – Yoluxan çox, imkan da yox ! “
Fidan Həmişəyeva
13:26 07.12.2020
Sağlamlıq
926
Əziz Əlibəyli:“ “Facebook”, digər sosial şəbəkələr vergi ödəyicisi olan, imdad diləyən insanlarla doludur”
Famil Fərhadoğlu:“Bir jurnalist kimi xəstəxanada yer tapmıram. Daha kimlərə zəng vurmamışıq”
Natiq Cəfərli: “Təkcə testlər yox, dərman qiymətlərinin də baha olması yolverilməzdir”
Son günlər ölkəmizdə COVID-19-a yoluxanların sayı artmaqda davam edir. Yaranmış vəziyyət vətəndaşlarda ciddi narahatlıq doğurub. Bir çoxları özündə virusun hansısa simptomunu hiss etməsə də, koronavirus testindən keçmək istəyir. Lakin əhali arasında narahatlıqla bərabər bəzi narazılıqlar da var.Bunlardan biri testin, eyni zamanda dərmanların qiymətində artımların olmasıdır.
Vətəndaşlar iddia edir ki, ölkəmizdə koronavirusla bağlı vəziyyət kritik həddə çatandan bəri dərman preparatları kəskin şəkildə bahalaşıb. Koronavirus testindən keçə bilmədiyi üçün şikayətlənənlər də az deyil. Tanınmış ictimaiyyət nümayəndələri də mövcud durumdan gileylənirlər.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli məsələ ilə bağlı Feysbuk səhifəsində paylaşım edib:
““Müalicə almaq hər kəsin təbii haqqıdır. Səhiyyə xidməti göstərmək isə müvafiq qurumların konstitusion vəzifəsidir.
Bu nə biabırçılıqdır? “Facebook”, digər sosial şəbəkələr vergi ödəyicisi olan, imdad diləyən insanlarla doludur. Hanı sizin əlçatımlı testiniz, dərmanlarınız, arbidolunuz?”.
Koronavirusa yoluxmuş jurnalist Famil Fərhadoğlu da sözügedən hadisə ilə bağlı narahatlığını ifadə edib:
“Ciyərimdə 35 faiz buzlu şüşə aşkarlandı. Mən bir jurnalist kimi xəstəxanada yer tapmıram. Daha kimlərə zəng vurmamışıq. Səhiyyəmiz bərbad gündədir”.
İqtisadçı-ekspert Natiq Cəfərli baş verənləri “Sherg.az”a dəyərləndirib. Ekspertin sözlərinə görə, bəzi vətəndaşların COVİD-19 testindən pulsuz keçirilməsi lazımdır:
“Bu, çox vacibdir. Bəzi ölkələrdə, hətta qonşularımızda bu testin qiyməti bizə nisbətən dəfələrlə ucuzdur. Rusiyada müəyyən kateqoriyadan olanları, o cümlədən təqaüdçülər, çoxuşaqlı ailələri testdən pulsuz keçirirlər.
Eyni zamanda ailənin bir üzvündə testin nəticəsi pozitiv olubsa, digərləri dövlət hesabına yoxlanılırlar.
Qiymət isə bizim pulla təxminən 15-20 manatdır. Hesab edirəm ki, ölkəmizdə də analoji təcrübədən istifadə edilməlidir. Təkcə testlər yox, dərman qiymətlərinin də baha olması yolverilməzdir.
Səhv etmirəmsə, koronavirus testini ölkəyə bir neçə şirkət gətirir. Onların sərbəst fəaliyyətinə imkan yaratmaq, o cümlədən gömrük rüsumunu ləğv etmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi