Həyata keçirilmiş çoxşaxəli qabaqlayıcı tədbirlər, pandemiyanın iqtisadiyyata vurduğu zərbələr fonunda insanların sağlamlığı və sosial təminatının ön plana çəkilməsi ölkəmizi gözəgörünməz düşmənin ilk həmlələrindən xilas edə bilməyib. Bəs ölkəmizdə daha hansı tədbirlərin görülməsi zəruridir?
Ölkədə kifayət qədər bacarıqlı infeksionist var
07:15 07.01.2021
Sağlamlıq
706
Ancaq pandemiya dövründə ixtisaslaşmış mütəxəssislərin potensialından lazımınca istifadə olunmadı
COVID-19 koronavirus pandemiyası aylardır bütün dünyanı gərgin vəziyyətdə saxlamaqdadır. Bəşəriyyətin pandemiyaya qarşı mübarizəsi ciddi şəkildə davam etsə də, hələ ki nə yayılmanı dayandırmaq, nə də xəstəliyə qarşı effektiv vaksin və dərmanların hazırlanmasında ciddi uğurlar əldə etmək mümkün olub. Pandemiyanın elan edildiyi vaxtdan bu günə qədər onunla mübarizədə fərqlənən, ona qarşı vaxtında və effektiv tədbirlər görən ölkələr sırasında Azərbaycan da yer alıb.
Həyata keçirilmiş çoxşaxəli qabaqlayıcı tədbirlər, pandemiyanın iqtisadiyyata vurduğu zərbələr fonunda insanların sağlamlığı və sosial təminatının ön plana çəkilməsi ölkəmizi gözəgörünməz düşmənin ilk həmlələrindən xilas edə bilməyib. Bəs ölkəmizdə daha hansı tədbirlərin görülməsi zəruridir?
Mövzu ilə bağlı fikirlərini "Şərq"ə səsləndirən həkim-nevroloq Qalib Əsədov bildirib ki, hazırda ölkəmizdə kifayət qədər savadlı və peşəkar infeksionistlər, epidemioloqlar var. Bəs onların bilik və təcrübəsindən nə dərəcədə istifadə olunur? Həkim hesab edir ki, ölkənin bu sahədə ixtisaslaşmış mütəxəssislərinin potensialından lazımınca istifadə olunmadı:
"Bildiyimiz kimi, biz sürətlə dəyişən, yəni yeni elmi-texniki nailiyyətlərlə zənginləşən dünyada yaşayırıq. Buna görə də, bu gün istənilən sahənin, xüsusilə də həkimlərin hər gün təkmilləşməsinə, yeniləşməsinə çox ehtiyac var. Düzdür, bu gün ölkəmizdə kifayət qədər bacarıqlı və savadlı infeksionist həkimlərimiz var. Amma gəlin bir məsələyə diqqət yetirək. Pandemiya dövründə onların əməyindən nə dərəcədə doğru və düzgün istifadə olunur? Azərbaycanın tibb kadrlarını koronavirusla mübarizədə kifayət qədər səfərbər edə bildikmi?
Problem də burdan başlayır. Baxın, Azərbaycanda böyük bir Mikrobiologiya İnstitutu var. Hansı ki, məhz mikro orqanizmlərlə məşğul olur. Bu institutun virusla əlaqədar şöbələri mövcuddur.
Bundan başqa Azərbaycan Tibb Universtetinin İnfeksion Xəstəliklər kafedrası var ki, burda tanıdığım kifayət qədər alimlər fəaliyyət göstərir. Sadəcə, bu insanların potensialından istifadə edə bilmirik və ya da etmək istəmirik.
Üstəlik Azərbaycanda neçə illərdir ki, Gigiyena və Epidemiologiya Mərkəzi fəaliyyət göstərir. Bu da böyük bir şəbəkədir. Hansı ki, ölkənin sırf epidemioloji vəziyyətinə nəzarət edir. Belarusda virusla mübarizəni sanitar-epidemioloji stansiyalara tapşırdılar.
Məhz epidemioloji stansiyaların xidmətinin nəticəsidir ki, heç bir gün də olsa karantin olmamağına baxmayaraq, Belarusda göstəricilər bizdən xeyli yaxşıdır. Məhz Sanitar-Epidemioloji Xidmətin hesabına bu nəticəyə nail olublar. Təcrübəli kadrlardan, Respublikanın elmi potensialından istifadə etmək lazımdır.
Ümumiyyətlə, düşünürəm k, pandemiya ilə mübarizədə təşkilatçılıq məsələlərində ciddi problemlər var və ona görə də bu gün xalqımız bu əziyyəti çəkir. 10 aydır sərt karantin rejimində yaşasaq da virusa yoluxma sayı və ölüm faizi yüksək olaraq qalır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual