Ömürlük əlilliyin qarşısı alına bilər
17:56 07.11.2025
Sağlamlıq
375
Yeni doğulmuş körpələrdə beyin zədəsi erkən aşkar edilə biləcək
İngiltərədə alimlər doğuş zamanı baş verən beyin zədəsini müəyyən edə bilən xüsusi bir başlıq hazırlayıblar.
Sherg.az xəbər verir ki, Kembric Universitetinin mütəxəssisləri yenidoğulmuş körpələrin beyinlərini yüksək dəqiqliklə izləmək üçün yeni texnologiya üzərində işləyiblər.
“Theo” adlı üç həftəlik körpə üzərində sınaqdan keçirilən bu başlıq üzgüçü papağını xatırladır. Ultrason və optik tomoqrafiya texnologiyaları ilə təchiz edilən başlıq vasitəsilə körpələrin beynindəki oksigen səviyyəsi çox yüksək həssaslıqla izlənilə bilir.
“FUSION” adlandırılan bu texnologiya sayəsində yeni doğulanlarda baş verə biləcək beyin zədələri erkən mərhələdə aşkar ediləcək.
Doğuş zamanı beynin kifayət qədər oksigen ala bilməməsi nəticəsində yaranan hipoksiya, körpələrin ömürlük əlilliyinə səbəb olan əsas amillərdən biridir. Bu vəziyyət epilepsiya və ya serebral iflic (serebral palsi) kimi xəstəliklərə də yol aça bilir.
Mövcud izləmə üsulları beyin zədəsinin uzunmüddətli təsirlərini öncədən müəyyən etməkdə kifayət qədər təsirli deyil. Yeni texnologiya sayəsində erkən diaqnoz mümkün olacaq və müalicə, həmçinin dəstəkləyici müdaxilələr daha tez həyata keçiriləcək.
Hazırda sınaqları davam etdirən alimlər başlığın istehsal xərclərini azaltmağı da hədəfləyirlər.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alimlərdən maraqlı iddia: 21 gün gülümsəyin, beyniniz dəyişsin
12:44 23.07.2026
Sağlamlıq
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm