Önümüzdəki aylarda Azərbaycanda da vaksinasiya prosesi başlayacaq
06:15 13.01.2021
Sağlamlıq
661
Həmin ana qədər maksimum təmkinli olub virusdan qorunma tədbirlərinə mütləq əməl etməliyik
"Xüsusi risk qrupuna daxil olan xəstələr və ciddi yanaşı xəstəlikləri olanlar ilkin mərhələdə peyvənd olunacaq"
Hazırda bir sıra ölkələrdə yeni koronovirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib. ABŞ, Avropa Birliyi ölkələri, İngiltərə, Rusiya, Türkiyə və digər ölkələr artıq prosesə başlayıblar. Bu ölkələrdə müvafiq cavabdeh qurumların icazəsi ilə tətbiq olunan peyvəndlərin effektivliyi müxtəlif klinik tədqiqatlar əsasında olduqca yüksək (95-98 faiz) qiymətləndirilib.
Lakin müxtəlif əhali qrupları arasında effektivlik göstəriciləri vaksinin kütləvi istifadəsi əsasında daha da dəqiqləşəcək. Bildiyimiz kimi koronavirusa qarşı peyvəndlər könüllü həyata keçiriləcək. Vaksinasiya necə həyata keçiriləcək? Koronavirus xəstəliyi keçirmiş şəxslər də peyvənd olunmalıdırmı?
Həkim-infeksionist Nəzrin Mustafayeva "Şərq"ə açıqlamasında bildirib ki, COVID-19 keçirməyindən asılı olmayaraq hər kəsə peyvənd təklif olunmalıdır. Ancaq peyvənd olunmazdan əvvəl antitel testi tələb olunmamalıdır:
"Ümumiyyətlə, COVID-19-a yoluxmuş aktiv xəstələr sağalana qədər və karantin rejimi bitənə qədər peyvəndlənmə prosesi uzadılmalıdır. Çünki mövcud məlumatlar, COVID-19-a səbəb olan virusla yenidən yoluxmanın ilkin infeksiyadan 90 gün sonra mümkün olduğunu göstərir. Bu səbəbdən təzəlikcə infeksiyaya yoluxmuş insanlar, istəklərinə görə, həmin 90 günlük müddətin sonuna qədər peyvəndlənməni təxirə sala bilərlər".
Həkim qeyd edib ki, vaksinasiya mərhələli şəkildə həyata keçiriləcək:
"Peyvəndləmənin tətbiq planı üzrə icrası mürəkkəb bir prosesdir. Birinci nəsil peyvəndin müvafiq funksiyasına görə ölüm hallarının qarşısının alınması məqsədi ilə xüsusi risk qrupuna daxil olan xəstələr və ciddi yanaşı xəstəlikləri olanlar ilkin mərhələdə peyvənd olunacaq. Ümumiyyətlə, önümüzdəki aylarda peyvəndin tətbiqi ərəfəsində də maksimum təmkinli olub virusdan qorunma tədbirlərinə mütləq əməl etməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual