Öskürəyi kəsən möcüzə resept: 1 xörək qaşığı yetər
Yusif Nəzərli
23:42 26.12.2024
Sağlamlıq
638
Banan boğazı sakitləşdirir və təbii antibakterial xüsusiyyətlərə malikdir
Qış mövsümündə boğaz ağırısı, öskürəklə müşayiət olunan soyuqdəymə, qrip kimi xəstəliklərə qarşı təbii üsullarla müalicə daha faydalıdır. Mütəxəssislər öskürəyi müalicə edən möcüzəvi bir neçə resept təklif edir.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, soyuqdəymə, qrip, faringit, astma və postnazal damcı kimi bir çox faktor quru öskürəyə səbəb ola bilər. Quru öskürəyi aradan qaldırmaq üçün bal, darçın və zəncəfil kimi təbii alternativlərdən istifadə edə bilərsiniz. Boğazı yumşaldan və öskürəyi azaldan 9 təbii resepti təqdim edirik:
Zərdəçal (sarıkök) və süd
Zərdəçal güclü antiinflamatuar və antibakterial xüsusiyyətlərə malik ədviyyatdır. Boğazda iltihabı azaldır və öskürəyi dayandırır. O, həmçinin manqan, B vitamini və dəmirlə zəngindir.
Zərdəçal və süd qarışığı üçün;
1 çay qaşığı zərdəçal tozu
1 stəkan süd
1 çay qaşığı bal lazımdır. Südü bir qəhvə qabında qızdırın. Qızdırılmış südə zərdəçal tozunu əlavə edin və yaxşı qarışdırın. Südü isti içə bilərsiniz. İstəyə görə bal əlavə edə bilərsiniz.
Kəklik çayı
Kəklikotu güclü antiseptik xüsusiyyətlərə malik bir bitkidir. Öskürəyə səbəb olan bakteriyalarla mübarizə aparır və boğazı sakitləşdirir. 1 stəkan qaynar suya 1 çay qaşığı qurudulmuş kəklikotu əlavə edib 5-10 dəqiqə dəmləyin. Qarışıq soyuduqdan sonra onu süzün. Bal əlavə edərək içə bilərsiniz.
Banan və bal
Banan boğazı sakitləşdirir və təbii antibakterial xüsusiyyətlərə malikdir. Bu ikili öskürəyi dayandırmağa və boğazı sakitləşdirməyə kömək edir. 1 ədəd yetişmiş bananı əzib 1 xörək qaşığı bal əlavə edib qarışdırın. Qarışığı gün ərzində 2-3 dəfə yeyə bilərsiniz.
Soğan və bal
Soğan təbii antibiotikdir və bal ilə birləşdirildikdə öskürəyi dayandırmağa kömək edən güclü qarışıq yaradır. 1 ədəd orta ölçülü soğanı incə doğrayın və üzərinə bal əlavə edib qarışığı bir neçə saat (təxminən 4-6 saat) saxlayın. Yaranan mayeni süzün və gündə bir neçə dəfə için.
Nanə və limon
Nanə tərkibində mentol olduğu üçün boğazı sakitləşdirdiyi halda, limon suyu C vitamini mənbəyidir və immunitet sistemini gücləndirir. 1 ovuc təzə nanəni 1 stəkan qaynar suda dəmləyin, üzərinə yarım limonun suyu və bal əlavə edib qarışdırın və için.
Zəncəfil
Limon C vitamini ilə zəngindir və immunitet sistemini gücləndirir, zəncəfil isə öskürəni azaltmağa kömək edən iltihab əleyhinə xüsusiyyətlərə malikdir.
Materiallar:
1 çay qaşığı təzə rəndələnmiş zəncəfil, yarım limonun suyu, 1 çay qaşığı bal, isti su. Qaynar suya sürtgəcdən keçirilmiş zəncəfil əlavə edin və 5 dəqiqə dəmləyin. Limon suyu və bal əlavə edin, qarışdırın və için.
Papaya və bal
Papayanın tərkibindəki fermentlər sayəsində bəlğəmgətirici xüsusiyyətlərə malikdir. Bundan əlavə, bal papayanın təsirini artırır.
Mateiallar:
1 dilim təzə papaya, 1 xörək qaşığı bal. Papayanı püre halına salın, üzərinə bal əlavə edib qarışdırın. Bu qarışığı gündə 2-3 dəfə istehlak edə bilərsiniz.
Qoz və süd
Qoz öskürəyi dayandırmaqda çox təsirlidir. Südlə birləşdirildikdə boğazı yumşaldır və rahatlıq verir. Materiallar: 5-6 qoz, 1 stəkan süd, 1 çay qaşığı bal (istəyə görə).
Qozları əzin və südə əlavə edin. Qarışığı qaynar hala gətirin və süzün. İsti-isti də içə bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq