Oynaq xəstəlikləri niyə yaranır və nə etməli?
Fidan Həmişəyeva
11:07 19.01.2021
Sağlamlıq
807
Revmatoid artrit ən çox yayılmış və ən ağır oynaq xəstəliklərindən biridir. Artrit müxtəlif yaşlarda inkişaf edə bilər. Lakin əsasən artrit 30 yaşından sonra inkişaf edir. Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik daha tez-tez inkişaf edir. Alimlərin məlumatlarına görə, revmatoid artrit əhalinin 1-2 faizində qeyd olunur.
Xəstəliyin inkişaf etmə səbəbləri sona kimi araşdırılmayıb. Belə hesab olunur ki, xəstəliyin inkişafında irsiyyət müəyyən rol oynayır. Lakin əksər hallarda bu xəstəlik bir neçə mənfi amillərin- irsiyyət, stress, infeksiyanın təsiri nəticəsində inkişaf edir.
Revmatoid artrit autoimmun xəstəlikdir. Normada insanın immun sistemi hüceyrələri limfositlər orqanizmə düşən yad ziyanlı hüceyrələri (bakteriyalar, viruslar və s.) məhv etməlidir. Autoimmun xəstəliklər zamanı insanın immun sistemində pozulma yaranır ki, nəticədə immun hüceyrələri orqanizmin öz sağlam hüceyrələrinə hücum edir və onları məhv etməyə çalışır. Belə ki, revmatoid artrit zamanı limfositlər oynaq toxumasının hüceyrələrinə hücum edir.
Xəstəlik bir çox hallarda keçirilmiş qripp, tonzillit (angina), kəskin respirator infeksiyalardan sonra inkişaf edir. Bəzən travma və güclü soyuqlama da xəstəliyin inkişafına səbəb ola bilər.
Həkimlərin müşahidələrinə görə, revmatoid artrit tez-tez güclü stress, emosional sarsıntılardan sonra (yaxın insanın ölümü, boşanma və s.) inkişaf etməyə başlayır. Xəstəliyin əvvəlində barmaq və bilək oynaqları iltihablaşır və şişir. İltihab hər iki əldə inkişaf edir.
Ödemləşmiş oynaqlar güclü ağrılara səbəb olur. Ağrılar əsasən gecənin ikinci yarısında və səhərə yaxın güclənir, günortadan sonra azalır, axşama yaxın isə az hiss olunur. Xəstəliyin əvvəlində ağrılar aktiv hərəkətlərdən sonra azalır.
Sadaladığımız simptomlardan əlavə xəstədə zəiflik, iştahanın və yuxunun pozulması, hərarətin 38 dərəcəyə kimi qalxması, bəzən arıqlama kimi simptomlar inkişaf edir. Artrit inkişaf etdikcə barmaqlar və əllər deformasiya olunur (əyilir), bilək oynağının hərəkətliliyi kəskin azalır, əllərin qan dövranı pozulur ki, bunun nəticəsində dəri nazik, quru olur, əzələlər fəaliyyətdən qalır.
Vaxt keçdikcə artrit yeni və yeni oynaqları və həmçinin daxili orqanları (ürək, ağ ciyər, qara ciyər, böyrəklər, damarlar, bağırsaqlar), əzələləri zədələyir.
Revmatoid artrit çox təhlükəli xəstəlikdir. Müalicəsiz buraxılmış bu xəstəlik insanı əlil edə bilər. Məhz bu səbəbdən xəstəliyin ilk simptomlarında revmatoloqa müraciət etmək lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat