Hər gün şəhər meydanında yaralı göyərçinləri dərdinə yanır
Paris şəhər mərkəzində yaşayan fransalı Ketrin Hervais “Pompidu” mərkəzinin yaxınlığındakı meydana gələrək yaralı quşlara yardım edir.
Sherg.az xəbər verir ki, illərdir dünyanın böyük şəhərlərinin ən tanınan simvollarından biri quşlardır. Paris və İstanbul kimi göyərçinlərin çox olduğu yerlərdə isə çox tanış bir mənzərə var: ayaqları əzilmiş, barmaqları qopmuş göyərçinlər.
Göyərçinlərin bu vəziyyətə düşməsinin yeganə səbəbi insanlardır.
Alimlər problemin iplik və insan saçları kimi tullantıların quşların ayaqlarına dolaşaraq qan axınını kəsməsindən qaynaqlandığını bildirirlər. “Tel ayaq” adlanan bu vəziyyət göyərçinlərin ayaq barmaqlarını, hətta bütün ayaqlarını itirməsinə səbəb ola bilir.
Ketrin Hervais hər gün şəhər meydanında yaralı göyərçinləri yemlə cəlb edərək tutur, sonra isə qayçı və cımbızla ayaqlarına dolanmış zərərli qalıqları diqqətlə təmizləyir.
Hervais, “Əlbəttə ki, bu məni təsirləndirir, amma dünyanı dəyişdirə bilmərik. Bu səbəbdən əlimdən gələni edir və bacardığım qədər kömək göstərirəm,” - deyə bildirib.