Payız-qış fəslində immuniteti gücləndirmək üçün nə etməli? - Yol göstərildi
Fidan Həmişəyeva
09:42 17.09.2020
Sağlamlıq
1912
“Qida rasionuna sarı-narıncı tərəvəzləri əlavə etmək vacibdir”
“Portağal, şaftalı, ərik, sarı gavalı, balqabaq, yerkökü və qovunun qəbulu xüsusilə önəmlidir”
Payız-qış fəslində immuniteti gücləndirən qidalardan istifadə etmək vacibdir. Məlumdur ki, qışda orqanizmin immun sistemi zəifləyir və xəstəliklər yaranır. Mütəxəssislər bildirirlər ki, havalar soyuyana qədər immuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaların qəbulu məqsədəuyğundur. İmmuniteti gücləndirməyin ən asan yolu isə sağlam həyat tərzi və düzgün qidalanmadır. Həkimlər daha çox süd və süd məhsulları, dənli və paxlalı bitkilərlə qidalanmağı tövsiyə edirlər.
Payız-qış mövsümündə immuniteti gücləndirən qidalarla bağlı “Sherg.az”a danışan həkim-dietoloq Şəfa Yadigarova bildirib ki, qida rasionuna sarı-narıncı tərəvəzləri əlavə etmək vacibdir. Dietoloq qeyd edib ki, portağal, şaftalı, ərik, sarı gavalı, balqabaq, yerkökü və qovun kimi qidalarının qəbulu payız-qış mövsümündə xüsusilə önəmlidir:
“Bu tərəvəz və meyvələr yuxarı tənəffüs yollarının selikli qişasını viruslardan qorumağa kömək edən beta-karotenlə zəngindir. Onun sayəsində bakteriya və viruslar orqanizmə daha az daxil olacaq.
Sarı-narıncı qidalardan əlavə süd məhsullarında da immun sistemini gücləndirən vitaminlər mövcuddur.
C vitamini eyni dərəcədə vacibdir. Ancaq C vitamini ehtiyatını təmin etmək çətin olsa da çox faydalıdır. Bu vitamın immunitetinə təsir göstərir, bədəni zərərdən qoruyur, oksidant sayılır”.
Həkim vurğulayıb ki, bəzən immuniteti gücləndirmək məqsədilə dərman preparatları da qəbul edilir:
“Lakin bu zaman ardıcıllığa fikir vermək lazımdır. Orqanizmi dərmanlarla qorumağa çalışanda 20 gün, qış fəslində isə 1 ay müddətində vitaminlər qəbul edilməlidir. Lakin immun sistemini gücləndirmək üçün gün ərzində rasiona təbii qidalar daxil etmək daha düzgündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat