
Pediatr: Azyaşlı uşaqlara dərman vermək yalnız həkim məsləhəti ilə həyata keçirilməlidir
Yusif Nəzərli
09:56 28.01.2025
Sağlamlıq
451
İsmayıllı sakini olan 3 yaşlı uşaq dərmandan zəhərlənərək ölüb.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə yanvarın 27-də qeydə alınıb. İsmayıllı rayon sakini 2022-ci il təvəllüdlü Ş.T. yaşadığı evdə dərmandan zəhərlənib. Azyaşlı Göyçay rayon xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, 3 yaşlı uşaq orada ölüb
Pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında deyib ki, istənilən dərman zəhərlənmə verə bilər:

“Yəni uşaqlarda dərmanlar yaşına və çəkisinə görə təyin olunur. Normal dozada verilən dərmandan zəhərlənmə heç vaxt ola bilməz. 3 yaşlı uşaqlara dərman vermək çox diqqət tələb edən bir məsələdir və yalnız həkim məsləhəti ilə həyata keçirilməlidir. Uşaqlara veriləcək dərmanlar, onların yaşına və sağlamlıq vəziyyətinə uyğun olmalıdır. Ev şəraitində valideynlər ancaq qızdırma düşürücü verə bilər. Qızdırma salan dərman da düzgün seçilməlidir. Yəni kiminsə uşağında da eyni problem olub, filan dərmanı işlədib kimi yanaşmalar düzgün deyil. Uşaqlara müalicəni ancaq həkim yazmalıdır. Uşaqlara dərman verərkən ən vacib şey, diqqətli və məsuliyyətli olmaqdır. Həkim məsləhəti olmadan heç bir dərmanı tətbiq etməmək ən doğru yanaşmadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət