Pediatrdan ÇAĞIRIŞ: “Şirin qazlı içki, sovurma konfet və saqqız təhlükəlidir” – Ağır xəstəlik... !
Fidan Həmişəyeva
13:46 12.09.2020
Sağlamlıq
1871
Tərkibində çoxlu şəkər olan karbohidratlı qidalar enerji ehtiyatını doldurmaq və böyüməkdə olan orqanın, beynin fəaliyyəti üçün vacibdir. Şirniyyatlar, həmçinin əhvalın yüksəlməsində rol oynayır. Bəzən şəkərdən həddindən artıq istifadə halları ilə rastlaşırıq. Xüsusilə uşaqların şirniyyata bağlılığı aktual problemlərdən biridir.
Mövzu ətrafında fikirlərini “Sherg.az”la bölüşən pediatr-endokrinoloq Ləman Sultanova bildirib ki, uşaqların şirniyyata həvəsi yalnız dad hissiyyatı ilə bağlı deyil. Həkim söyləyib ki, uşaqların piylənməsinə səbəb olan bəzi hallar var:
“Piy kütləsinin artması, maddələr mübadiləsinin pozulması, qida allergiyasının formalaşması, qaraciyər və mədəaltı vəzi fəaliyyətinin pozulması, ikinci tip şəkərli diabet piylənmə yaradır.
Belə olduqda bəzi şirin qidalardan imtina etmək lazımdır. Bunlara qazlı və şirin içkilər, uşaqlar üçün hazırlanmış sovurma konfetlər və saqqızı aid etmək olar. Onlar məhdud miqdarda istifadə edilməlidir.
Ən ziyanlısı şirin qazlı içkilərdir. Bu içkilərin tərkibinə böyük miqdarda şəkər və şəkərəvəzedicilər əlavə olunur. 50 ml şirin içkinin tərkibində təxminən beş çay qaşığı şəkər olur. Bu içkilərin tərkiblərində olan alma, limon və s. turşular isə şəkərin qana tez sovrulmasını təmin edir.
Beləliklə mədəaltı vəzi gücə salır, rəngləndirici, ətirləndirici və digər kimyəvi əlavələr isə böyüməkdə olan orqanizmə mənfi təsir göstərir”.
Pediatr qeyd edib ki, uşaqların sovurma konfetlər və saqqızlardan istifadəsi də təhlükəlidir:
“Onların da tərkibi qazlı şirin içkilərlə eynidir. Şokolad, zefir, marmelad kimi şirniyyatlar da az istifadə edilməlidir. Bu qidaların tərkibində xeyirli maddələr-pektin və jelatin var.
Pektin mədə-bağırsaq sisteminin işinə, jelatin isə saç və dırnaqlara xeyirdir. Lakin satışda olan məhsulların tərkibində rəngləndirici və ətirləndirici maddələr də çoxdur.
Bu səbəbdən almadan öncə tərkibində təbii inqrediyentlərin olmasına diqqət yetirmək lazımdır. Belə qidaları uşaq rasionuna iki yaşdan tez daxil etmək olmaz. Çünki qeyd etdiyimiz qidaların tərkibində bir çox mikroelementlər də var.
Şokoladın tərkibində kalium, maqnezium, dəmir var. Uşağa şokolad alarkən çox seçici olmaq lazımdır. Tərkibində konservantların olmaması və keyfiyyətinə xüsusi diqqət yetirilməlidir. Ən əsası isə şokoladı üç yaşdan kiçik uşaqlara vermək olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat