Pişiklər hamiləlik dəyişikliklərini hiss edirlər

Onlar körpənin ürək döyüntüsünü belə eşidə bildirlər

Mütəxəssislər bildirir ki, pişiklər hamiləlik hormonlarının və sahibinin davranışındakı dəyişiklikləri sezərək fərqi anlayırlar. Onların yüksək qoxu duyğusu və müşahidə qabiliyyəti sayəsində, sahibinin yuxu rejimi, enerji səviyyəsi və gündəlik vərdişlərindəki dəyişiklikləri tez bir zamanda fərqləndirməsi mümkündür.

Hamiləlik zamanı bəzi pişiklər daha qoruyucu və diqqətli, bəziləri isə daha “kölgə” kimi sahibinin yanında dolaşırlar. Həmçinin, bəzi tədqiqatçılar pişiklərin körpənin ürək döyüntüsünü də eşitdyini bildirirlər.

Mütəxəssislər, yeni doğulacaq körpə ilə tanışlıq üçün pişiklərin tədricən hazırlıq görməsinin vacib olduğunu, həmçinin stresin fizyoloji və davranış problemlərinə səbəb ola biləcəyini qeyd edirlər.