Piylənmə ilə bağlı xərçəng ölümləri kəskin artıb - ARAŞDIRMA
Yusif Nəzərli
02:37 16.07.2025
Sağlamlıq
355
ABŞ-da keçirilən Endokrin Cəmiyyətinin (ENDO 2025) illik toplantısında təqdim olunan yeni araşdırma piylənmənin sağlamlıq üçün yaratdığı ciddi təhlükələri bir daha diqqət mərkəzinə gətirib. Tədqiqatın nəticələri göstərir ki, piylənmə ilə əlaqəli xərçəng ölümləri son 20 ildə üç dəfədən çox artıb və bu artım xüsusilə qadınlar, yaşlı əhali və etnik azlıq qrupları arasında daha nəzərəçarpacaq həddə olub.
AZƏRTAC “Science Daily” saytına istinadla xəbər verir ki, araşdırmanın əsas müəllifi, Cersi Universiteti Tibb Mərkəzinin tədqiqatçısı dr. Faizan Əhmədin sözlərinə görə, piylənmə çoxsaylı xərçəng növləri üçün mühüm risk amilidir və bu nəticələr, xüsusilə risk altında olan əhali qruplarında erkən diaqnostika və tibbi xidmətə çıxışın artırılmasının vacibliyini ortaya qoyur.
Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzləri (CDC) tərəfindən toplanmış ölüm statistikalarına əsaslanan tədqiqatda 1999-2020-ci illər arasında ABŞ-da piylənmə ilə əlaqələndirilən xərçənglərdən 33 min 572 ölüm halı təhlil olunub. Bu müddət ərzində yaşa uyğunlaşdırılmış ölüm göstəriciləri hər milyon nəfərə görə 3,73-dən 13,52-yə yüksəlib. Təsirə məruz qalan əsas qruplar qadınlar, qaradərili amerikalılar, yerli amerikalılar və yaşlılar olub. Coğrafi baxımdan Orta Qərb bölgəsi piylənmə ilə əlaqəli xərçəng ölümlərinin ən yüksək, Şimal-Şərq isə ən aşağı göstəricilərinə sahib olub. Ştat səviyyəsində isə Vermont, Minnesota və Oklahoma ən yüksək, Utah, Alabama və Virciniya isə ən aşağı ölüm nisbətlərinə malikdir.
CDC-nin məlumatına görə, ABŞ-da yetkinlərin 40,3 faizi piylənmədən əziyyət çəkir. Piylənmə genetik, hormonal, ətraf mühit və həyat tərzi amillərinin kompleks təsiri nəticəsində inkişaf edən xroniki bir xəstəlikdir. Bu vəziyyət yalnız metabolik pozuntulara deyil, həm də ciddi onkoloji risklərə yol açır. Piylənmə ilə əlaqəli olduğu müəyyən edilən xərçəng növləri bunlardır: döş xərçəngi, düz bağırsaq xərçəngi, uşaqlıq yolu xərçəngi, öd kisəsi xərçəngi, üt mədə xərçəngi, böyrək xərçəngi, qaraciyər xərçəngi, yumurtalıq xərçəngi, mədəaltı vəzi xərçəngi, tiroid xərçəngi, meningioma. Bu xərçənglər hazırda ABŞ-da illik diaqnostik edilən xərçəng hallarının təxminən 40 faizini təşkil edir. Bu fakt piylənmənin artıq sadəcə bir metabolik pozuntu deyil, həm də geniş ictimai səhiyyə problemi və onkoloji fəlakət kimi qiymətləndirilməli olduğunu göstərir. Dr. Əhmədin fikrincə, bu araşdırma hökumət orqanları və səhiyyə sistemləri üçün ciddi xəbərdarlıq siqnalıdır: “Əgər biz yüksək risk qrupundakı əhalini vaxtında skrininq və tibbi dəstək ilə əhatə etməsək, xərçənglə mübarizədə əldə edilən irəliləyişlər geri dönə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur