
Professor Adil Qeybulla: Xəstəxanalarda daimi texniki baxışlar aparılmalıdır
Professor Adil Qeybulla: Xəstəxanalarda daimi texniki baxışlar aparılmalıdır
Yusif Nəzərli
11:43 28.09.2025
Sağlamlıq
521
Əbülfəz Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında ürək aparatının işləməməsi xəbəri ictimaiyyətdə narahatlıq yaradıb. Bakupost.az saytında yayılan məlumata görə, Bakı sakini Zöhrab Əliyev 13 yaşlı övladını kəskin ürək ağrıları səbəbindən xəstəxanaya aparsa da, tibbi personal müayinəni aparatın işləməməsi səbəbindən həyata keçirə bilməyib. Hadisə ilə bağlı TƏBİB-ə sorğu göndərilib və məsələ ilə bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir.

Professor Adil Qeybulla isə Sherg.az-a açıqlamasında bildirib ki, hər hansı bir xəstəxanada aparatın işləməməsi əsasən texniki xarakterli hadisə sayılır və praktiki olaraq səhiyyə müəssisələrində zaman-zaman baş verə bilər. Tibbi avadanlıqlar gündəlik istifadədə olduqda, təbii olaraq müəyyən bir vaxtdan sonra sıradan çıxmaq, nasazlıq göstərmək ehtimalı artır. A. Qeybulla həmçinin bildirib ki, bu cür halların qarşısını almaq üçün xəstəxanalarda daimi texniki baxışların aparılması, ehtiyat avadanlıqların mövcudluğu və tibbi personalın nasazlıq barədə dərhal məlumat verməsi vacibdir:
"Texniki nasazlıqlar insan həyatına təhlükə yarada biləcəyi üçün, müvafiq idarəetmə sistemi çərçivəsində sürətlə həll olunmalıdır. Qeyd olunmalıdır ki, tibbi avadanlıqların sıradan çıxması qətiliklə qəbuledilməz olsa da, bu, təkcə sözügedən xəstəxananın problemi deyil; belə halların baş verməməsi üçün profilaktik baxışlar və avadanlıq ehtiyatlarının təmin olunması vacibdir. Valideynlərin şikayəti isə belə halların cəmiyyətə açıq şəkildə çatdırılması baxımından əhəmiyyətlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya