Qadağaları götürmək olar: “COVİD pasportu”na görə də insanların yaşayışını məhdudlaşdırmaq artıq mənasızdır - HƏKİM
16:40 05.11.2025
Sağlamlıq
183
“Dinamika pozitivdir. Yoluxma sayı xeyli azalıb, ən əsası, ölüm sayı da azalıb. Qonşu Gürcüstan hökuməti endemik fazaya keçidi təsdiqlədi artıq. Bu, yaxşı haldır. Çünki orada vəziyyət çox pis idi. Türkiyədə də vəziyyət yaxşıdır. Məncə, qadağaları götürmək olar. “Covid pasportu”na görə də insanların yaşayışını məhdudlaşdırmaq artıq mənasızdır. Ölkədə az qala hər ailədə “Covid”ə yoluxan oldu. Bu, kütləvi immunitetin yarandığını göstərir. Yenə də, hər kəs özünü qorusa yaxşıdı”.
Bu fikirlər pediatr Vaqif Qarayevə məxsusdur. Həkimin fikirləri, şübhəsiz, hamının ürəyincədir, çünki insanlar qadağalardan yorulub artıq. Nazirlər Kabineti pandemiyanın gedişatına, mövcud duruma uyğun addımlar atır. Karantin qaydalarında xeyli yumşalmalara gedilib. Yas mərasimlərinin keçirilməsinə icazə verildi, toy məclislərində say məhdudiyyəti aradan qaldırıldı. Əhalini narahat edən məsələlərdən biri və bəlkə də ən başlıcası tibbi maska qadağasının aradan qaldırılmasıdır. Çünki “havasızlıq” şəraiti, deyəsən, çox uzanmış kimi görünür. Havalandırmanın normal olduğu qapalı məkanlarda maska qadağası qaldırıla bilməzmi? Məsələn, metropoliten, super-marketlər, mollar və apteklərdə. Belə məkanlarda insanlar özləri də qaydalar tətbiq edə bilər. Sıxlığa və ya seyrəkliyə uyğun maskadan istifadə edə, ya da etməyə bilər. “Covid” dəhşəti yaşamış insan çətin ki, bir də bu bəlaya yaxalanmaq istəsin. Bu mənada əhali qabaqlayıcı tədbirləri göz ardı etməz, yəqin ki. Lakin bayran günlərində küçə və meydanlarda, parklarda yaşanan qələbəlik də bir qədər ürküdücüdür. Sıxlığın yeni yoluxma dalğasına səbəb olacağı əndişəsi var. Bu haqda həkim nə düşünür?
“Şərq”ə açıqlamasında pediatr Vaqif Qarayev qeyd etdi ki, mövcud vəziyyət ümidvericidir: - Yoluxma azalır, ölüm azalır. Qeyd etdiyim kimi əhalinin əksəriyyəti yoluxub, peyvənd də olunub. Bunları nəzərə alaraq inanmıram ki “Covid”in mövcud ştamları yenidən epidemiya yaratsın. Ona görə də yumşalmalara getmək olar. Amma əlbəttə, qərarı hökumət verir, mən, ya da hansısa sıravi həkim yox.
V.Qarayev bildirdi ki, Gürcüstanda martın 26 dan açıq məkanlarda maska qadağası ləşğv olunacaq:
- Həm də bu gün Gürcüstanın səhiyyə naziri pandemiyanın bitməsi haqda anonslar verib. Məncə, bizdə də yavaş-yavaş yumşalmalar olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alimlərdən maraqlı iddia: 21 gün gülümsəyin, beyniniz dəyişsin
12:44 23.07.2026
Sağlamlıq
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm