Qan qrupu erkən insult ehtimalına təsir edə bilər - Yeni araşdırma
01:36 04.10.2025
Sağlamlıq
336
Alimlər müəyyən ediblər ki, qan qrupu insanın gənc yaşda insult keçirmə riskinə təsir göstərə bilər.
Sherg.az Qaynarinfo-ya istinadla xəbər verir ki, "Neurology” jurnalında dərc olunan araşdırmaya görə, A (II) qan qrupunun müəyyən variasiyalarına sahib insanlar 60 yaşınadək insult keçirmə ehtimalına daha çox meyllidirlər.
Beynəlxalq alimlər komandası 48 genetik araşdırmanın məlumatlarını təhlil edib. Seçimə 18–59 yaş aralığında artıq insult keçirmiş təxminən 17 min pasiyent və bu problemi yaşamamış 600 minə yaxın insan daxil edilib. Analiz nəticəsində A1 altqrupu ilə erkən insult riski arasında aydın əlaqə aşkar olunub.
Xüsusilə müəyyən olunub ki:
A qrupunun daşıyıcıları 60 yaşınadək digər qruplarla müqayisədə 16% daha yüksək riskə sahibdirlər;
O1 qrupunun daşıyıcıları isə təxminən 12% daha az risk daşıyır;
B qrupu olanlarda isə risk təxminən 11% daha yüksəkdir.
Alimlər vurğulayırlar ki, A qrupu üçün riskin artması nisbətən kiçikdir və əlavə nəzarət tədbirləri və ya xüsusi müayinələr tələb etmir. Məsələn, araşdırmanın müəlliflərindən biri, Merilend Universitetindən professor Stiven Kittner bildirib:
"Biz hələ bilmirik ki, nəyə görə məhz A qrupu daha yüksək risklə bağlıdır, amma yəqin ki, bu, qanın laxtalanma xüsusiyyətləri, trombositlərin fəaliyyəti və damarları örtən hüceyrələrlə əlaqədardır”.
Əlavə analiz göstərib ki, A qrupu ilə insult riski arasındakı əlaqə yalnız 60 yaşa qədər insanlarda müşahidə olunur. Daha yaşlılarda isə bu asılılıq faktiki olaraq yoxa çıxır. Bu da o deməkdir ki, gənclərdə insult daha çox tromb yaranması amilləri ilə, yaşlılarda isə əsasən damarların aterosklerozu ilə bağlıdır.
Alimlər qeyd edirlər ki, nəticələrin daha dəqiq olması üçün gələcəkdə müxtəlif etnik qruplardan daha geniş miqyaslı tədqiqatlara ehtiyac var. Çünki indiki araşdırmada iştirakçıların əksəriyyəti Avropa mənşəli olub.
Nəticə olaraq, qan qrupu müəyyən dərəcədə insult riskinə təsir etsə də, bu, həlledici faktor deyil. Əsas risklər həyat tərzi, xolesterin, qan təzyiqi və siqaret çəkmə ilə bağlıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə