Qatil tibb bacısı: Növbədə rahat olmaq üçün xəstələrin ölümünə səbəb oldu

Almaniyada bir baxım evində çalışan 53 yaşlı tibb bacısının gecə növbələrində siqnal səsindən narahat olmamaq üçün vegetativ vəziyyətdə olan xəstələrin nəbz və oksigen izləmə cihazlarını söndürdüyü, nəticədə üç xəstənin həyatını itirdiyi məlum olub. Hadisə ilə bağlı prokurorluq qərar verib.

Sherg.az xəbər verir ki, Almaniyada ötən il baş verən olayla bağlı aparılan istintaqda vegetativ vəziyyətdə olan 3 yaşlı xəstənin ölümü ilə əlaqədar tibb bacısının xəstələrin nəbz izləmə cihazlarını deaktiv etdiyi müəyyən edilib. Frankfurt Baş Prokurorluğunun açıqlamasına görə, Main-Taunus bölgəsində çalışan alman tibb bacısı qəsdən adam öldürmə ittihamı ilə həbs edilib.

Prokurorluğun bildirdiyinə görə, şübhəli tibb bacısı 2025-ci ildə ən azı iki gecə növbəsində pulse oksimetr cihazının vizual və ya səsli siqnallarından narahat olmamaq üçün xəstələrin barmağa taxılan, fövqəladə hallarda xəbərdarlıq verən cihazlarını işdən çıxarıb.

Hadisə gecə məsul menecerin xəstələrin otağına qəfil baxışı zamanı üzə çıxıb. Lakin intensiv baxım üçün həyati əhəmiyyət daşıyan pulse oksimetr cihazları söndürülmüş xəstələrin vəziyyəti pisləşib və hamısı dünyasını dəyişib.

Alman mediasına görə, tibb bacısı ittihamları qismən etiraf edib, xəstələrin həyatını təhlükəyə atdığını və vəziyyətlərinin sürətlə pisləşə biləcəyini bildiyini deyib.

Uzun müddətdir vegetativ vəziyyətdə olan xəstələrin saxlanıldığı bölmədə çalışan şübhəlinin evində axtarış aparılıb, ona peşədən uzaqlaşdırma cəzası da verilib. Məhkəmə prosesinin yaxın aylarda başlanacağı bildirilib.