Qaynanmış suyun yeni üzə çıxan ZİYANI: “Dəri və saçları...”
Fidan Həmişəyeva
12:49 11.01.2021
Sağlamlıq
3126
İnsanların əksəriyyəti suyun çirkli olduğunu düşünərək onu qaynadıb içir. Lakin bəzi araşdırmalara görə, qaynanmış su insan orqanizmi üçün o qədər də xeyirli deyil. Çünki su qaynadıqda onun tərkibində olan kalsium, maqnezium, karbonat və digər minerallar çaydanın divarlarına yapışır. Yəni suyun tərkibi mineralsızlaşır.
Bəzi mütəxəsislərin fikrincə, davamlı olaraq qaynadılmış su içən adamların dəri rəngi solğun, saçları cansız olur. Suya qatılan xlor qaynadıldıqda başqa birləşməyə çevrilir ki, bu da orqanizm üçün zərərli sayılır. Aparılan araşdırmalar çiy su içənlərin fiziki aktivliyinin qaynamış su içənlərin fiziki aktivliyindən yüksək olduğunu müəyyən edib.
Sağlam qidalanma üzrə ekspert-təlimçi Məhsəti Hüseynovanın fikrincə, suyun qaynadılmış halda içilməsi orqanizmin mineral ehtiyatlarında defisitin yaranmasına gətirib çıxarır:
“Hazırda suyu xlorla ilə təmizləyirlər. Təcrübə və analiz göstərir ki, suyun tərkibində xeyi ağır metal, müxtəlif zəhərli maddələr mövcuddur. Bu gün Azərbaycanda krandan gələn içməli su beynəlxalq standartlara tam cavab vermir.
Ona görə də yaxşı olardı ki, ev şəraitində onlar filtirdən keçirilsin, daşdan süzülsün. Yaxud da suyun girişinə filtirlər qoyulmalıdır. Bu yolla ən azından suyun tərkibinin təmizlənməsinə nail olmaq lazımdır”.
Ekspertin qənaətincə, içməli su qismində daha çox mağazalarda satılan sulardan istifadə olunmalıdır:
“Buna imkanı çatmayanlar isə filtr və ya daşdan süzməklə suyun tərkibini təmizləyib onu içsələr, daha yaxşı olar. Belə olarsa, ağır metallar, duzlar orada ilişib qalacaq.Qaynadılan su xeyli dərəcədə mineralların itirilməsi deməkdir.
Həmin suyun içilməsinin faydası olmur. Çünki bu suyun içilməsi orqanizmin mineral ehtiyatında defisit yaranmasına gətirib çıxara bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat