Qida zəhərlənməsi bir ailəni yox etdi: Restoran möhürlənib, 4 nəfər saxlanılıb

Almaniyadan İstanbula gələn dördnəfərlik Böcek ailəsi Ortaköydə midyə, toyuq tantuni və sucuq yedikdən sonra zəhərlənib.

Sherg.az xəbər verir ki, ailənin 6 və 3 yaşlı uşaqları xəstəxanada, ana isə bu səhər həyatını itirib. Ata ağır vəziyyətdə entübe edilib.

Hadisə ilə bağlı midyəçi, lokumçu və restoran sahibinin də aralarında olduğu dörd nəfər saxlanılıb. Ailənin yemək yediyi restoran möhürlənib. Qida nümunələri götürülüb və istintaq davam edir.