Qocalmaya qarşı qoruyucu zülallar aşkarlanıb - TƏDQİQAT
Yusif Nəzərli
08:48 02.03.2025
Sağlamlıq
768
Siçanlar üzərində aparılan araşdırma beynin qan damarlarını əhatə edən zülalların yaşlanmaya qarşı qoruyucu rol oynaya biləcəyini göstərib. Stenford Universitetinin alimləri müəyyən ediblər ki, bu selikli baryer zəiflədikdə beyin toxumasına zərərli molekulların daxil olmasına imkan yaradır və iltihabi reaksiyalara səbəb olur. Tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.
AZƏRTAC xəbər verir ki, tədqiqat qan damarlarının daxili səthini örtən və “mucinlər” (bədən mayelərində və toxumalarda sürüşkən və qoruyucu sədd yaradan, əsasən karbohidratlarla zəngin olan böyük zülal ailəsi) adlanan böyük zülalların yaşla birlikdə dəyişdiyini aşkar edib. Mucinlər su ilə dolu gelə bənzər təbəqə yaradır və qan-beyin baryerinin bütövlüyünü qorumaqda mühüm rol oynayır. Lakin insan yaşlandıqca bu baryerin zəiflədiyi müşahidə olunur.
Nobel mükafatlı kimyaçı və tədqiqatın aparıcı müəllifi Karolin Bertozzi mucinlərin funksiyasına diqqət çəkərək onların bədəndə mühüm, lakin az öyrənilmiş bir sistemin tərkib hissəsi olduğunu vurğulayıb.
Araşdırmanı aparan Stenford Universitetinin tədqiqatçıları siçanlarda beyindəki glikokalikslə zəngin təbəqəni müşahidə ediblər. Cavan siçanların beyin damarlarını əhatə edən mucinlər qalın və bütöv halda olsa da, yaşlı siçanlarda təbəqənin seyrəkləşdiyi və struktur bütövlüyünü itirdiyi müəyyənləşib. Bununla yanaşı, mucinlərin sintezi üçün lazımi fermentlərin aktivliyinin yaşlı siçanlarda azaldığı aşkar olunub. Əldə edilən nəticələr göstərib ki, bu fermentlərin fəaliyyətinin gen terapiyası vasitəsilə gücləndirilməsi qan-beyin baryerində sızmanı azaldıb, yaşlı siçanların yaddaş və öyrənmə testlərində daha yaxşı nəticə göstərməsinə səbəb olub.
Bu tapıntılar qocalma ilə əlaqəli beyin xəstəliklərinin müalicəsində yeni strategiyaların inkişafına töhfə verə bilər. Alzheymer və digər sinir sistemi xəstəliklərinin müalicəsi üçün qan-beyin baryerinin qorunmasının vacibliyi məlumdur. Yeni araşdırma isə mucinlərin bu baryerin bütövlüyünün qorunmasında oynadığı rolu vurğulayaraq gələcəkdə potensial terapevtik yanaşmaların təkmilləşməsinə zəmin yaradır.
Tədqiqatçılar gələcək işlərdə mucinlərin insan beynindəki rolu və onların qoruyucu təsirlərinin neyrodegenerativ xəstəliklərin qarşısının alınması və müalicəsində necə istifadə edilə biləcəyini araşdırmağı planlaşdırırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya