Qripə qarşı təbii antibiotik: Qiyməti ucuzdur, bir stəkanı belə təsirlidir

Hava temperaturunun enməsi ilə qrip, soyuqdəymə və yuxarı tənəffüs yolları infeksiyalarında artım müşahidə olunur. Kimyəvi dərmanlara alternativ olaraq bitki tərkibli məhsullara üstünlük verən vətəndaşlar qış mövsümünün vazkeçilməz içkilərindən sayılan, təbii dərman və təbii antibiotik kimi tanınan “dağ kəklikotu”suna xüsusi maraq göstərirlər.

Sherg.az xəbər verir ki, bu otun satışında canlanma olduğunu bildirən bitki mənşəli məhsulların satışı ilə məşğul olanlar çayın hazırlanma qaydasını belə izah ediblər:

"Kəklik otunu əvvəlcə isti su ilə deyil, soyuq su ilə isladırıq. Soyuq suda isladıldıqdan sonra çay süzgəcinə qoyuruq. Daha sonra süzgəci stəkanın üzərinə yerləşdirib üzərindən isti su tökürük.”

Dağ kəklikotunun həm qurudulmuş ot, həm də çay şəklində münasib qiymətə təklif olunduğunu deyən kəndli Sedat Turan bildirib:

“Bir çimdik otdan təxminən 5–6 çay stəkanı içki hazırlamaq olar. Yəni bir dəfəyə hamısını istifadə etməyə ehtiyac yoxdur. 100 qramını 50 lirəyə satırıq, bu da kilosu 500 lirəyə başa gəlir. Alanlar adətən 200–300 qram alırlar, çox almağa ehtiyac yoxdur. Stəkanla satıldıqda çayxanalarda 10 lirəyə, kafelərdə isə 20–25 lirəyə təklif olunur. Yəni elə də bahalı içki sayılmaz.”