Regionlarda hansı xəstəliklərin artdığı açıqlanıb
Yusif Nəzərli
08:06 30.01.2025
Sağlamlıq
429
Regionlar arasında tibbi xidmətin keyfiyyətindən fərqlər var, qan və qan sistemi, tənəffüs orqanı xəstəlikləri artıb.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev deyib.
İsa Əliyev bildirib ki, bu, xəstələnmə hallarının 30 /%-ni təşkil edir: “Bunlar ilkin səhiyyə xidmətinin profilaktikası ilə azala bilər. İlkin səhiyyə xidmətində əlçatanlıqda olan problemlərdən biri də tibbi personalın, kadr resurslarının azlığı ilə bağlıdır. On illiklər ərzində Azərbaycanda tibb müəssisələri tikilsə də, tibb personalı ixtisaslı yardıma yönəlib. Səhiyyə sahəsində maliyyənin böyük hissəsi də ixtisaslı tibbi yardıma yönəldilir. Bu, bütün dünyada olan problemdir. Dünya bunu necə həll edir? Biz 30-dan çox ölkənin səhiyyə xidmətini araşdırdıq. Bayaq sadaladığım problemlərin həlli üçün ilkin səhiyyə xidmətinin gücləndirilməsini dayaq kimi görürlər. ÜST-ün hesablamalarına görə, ilkin səhiyyə xidmətinin gücləndirilməsi aşağı gəlirli ölkələrdə 6- 7 il, yuxarı gəlirli ölkələrdə 2- 3 il insanların ömrünü artıra bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət