Robot it “Tommy” xidmətə başladı: Uşaqların yeni ümidi oldu

Perunun paytaxtı Lima şəhərində yanıq və onkologiya şöbəsində yatan uşaqlara dəstək olmaq üçün hazırlanmış robot it müalicələrdə yardım etməyə başlayıb.

Sherg.az xəbər verir ki, Cənubi Amerika ölkəsi Perunun San Borja bölgəsində yerləşən Milli Uşaq İnstitutu Xəstəxanası, yanıq və hematologiya şöbəsindəki uşaqlar üçün robot it layihəsini həyata keçirib. Robot it “Tommy”, uşaqlarda empati duyğusunu artıraraq onların sağalma prosesinə müsbət təsir göstərməsi gözlənilir.

Hazırlanmış robot, uşaqlara emosional dəstək verərək xəstəxanada yaşadıqları mənfi duyğuları azaltmağa kömək edir. Bildirilir ki, Tommy uşaqlarla hekayələr və əvvəlcədən yazılmış səslər vasitəsilə ünsiyyət quraraq onların qorxu və narahatlıqlarını azaldır.

Robot it Tommy süni intellekt, robotik kodlaşdırma və 3D çap sistemlərindən istifadə edilərək hazırlanıb.