Saçları gücləndirir, dərini gözəlləşdirir
Yusif Nəzərli
22:03 26.01.2025
Sağlamlıq
493
Gül suyu xoş qoxusu, təbii və faydalı tərkibinə görə bir çox sahədə üstünlük verilən məhsuldur.
Sherg.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qida, kosmetika, tibb, tibb və əczaçılıq kimi bir çox sektorda istifadə olunur.
Gül suyu içmək soyuqdəymə və boğaz ağrılarına yaxşı təsir edir. Əsəbləri rahatlaşdıraraq yorğunluğu aradan qaldırmağa yardımçı olur. Lakin daha çox dəriyə qulluq vasitəsi kimi gül suyu geniş tətbiq edilir.
Gül suyu dərinin nəm balansını qoruyur. Təbii tərkibə malik olduğu üçün nəmləndirir və bütün dəri tipləri üçün faydalıdır.
Gül suyu dəri üçün əla tonik hesab olunur. Makiyajdan sonra və gecə yatmazdan əvvəl üzü gül suyu ilə təmizləyərək parlaq və canlı dəriyə sahib olmaq olar.
Göz altı şişlərinə də yaxşı təsir göstərir. Pambıq vasitəsilə yorğun və yuxulu olan gözlərin alt nahiyəsinə çəkmək faydalıdır. Bir müddət sonra şişkinliyin azaldığını görmək mümkündür.
Dərinin pH balansını qoruyaraq ləkələrin aradan qaldırılmasında mühüm rol oynayır. Hava şəraitinə görə dəridə yığılan toksinlərin çıxarılmasına kömək edir. Tıxanmış məsamələri açır və dərinin hamar bir təbəqəyə sahib olmasını təmin edir. Daimi istifadə edildikdə, mat görünüşlü canlı dəriyə sahib olmaq olar.
Bundan əlavə, tərkibindəki güclü antioksidantlar sərbəst radikallarla mübarizə aparır, dəridə kollagen istehsalını dəstəkləyir və qırışların görünüşünü azaldır. Eyni zamanda dərinin elastikliyini artıraraq daha gənc görünüş təmin edir.
Gül suyu təkcə dəriyə qulluqda deyil, saç sağlamlığında da mühüm rol oynayır. Təbii xüsusiyyətləri sayəsində baş dərisini qidalandırır, saçları gücləndirir və parlaqlıq verir. Saça gül suyunu şampuna əlavə edərək və ya sprey vasitəsilə tətbiq etmək olar.
Gül suyu saç tellərini qidalandırır, onlara təbii parlaqlıq və yumşaqlıq verir.
Gül suyu hazırlamaq üçün kiçik bir qazanda su və gül ləçəklərini qarışdırın. Qaynamağa başlayanda istiliyi minimuma endirin. Gül ləçəklərinin rəngi daha açıq və şəffaf olana qədər gözləyin. Qapağı açmadan soyumağa qoyun və daha sonra istifadə edin.
Üzünüzə çəkdikdən sonra təxminən 10 dəqiqə gözləyə və dərinizi soyuq su ilə yuya bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm