Sağlam insanların hər gün etdiyi vərdişlər

Daha balanslı və enerjili olmaq üçün gündəlik həyatınıza əlavə edə biləcəyiniz bəzi sadə vərdişlər bunlardır. Sherg.az təqdim edir:

1️⃣ Susuz qalmayın

Hər səhər yeməkdən əvvəl bir stəkan su için. Susuzluq açlıq, baş ağrısı və enerji çatışmazlığına səbəb olur. Bəzən susuzluqla açlığı qarışdırırıq və çox yeyirik.

2️⃣ Yeməyinizi diqqətlə yeyin

Yemək zamanı kompüter qarşısında və ya başqa işlərlə məşğul olmayın. 10–15 dəqiqə yalnız yeməyinizin dadını çıxarın. Bu, həm doygunluq hissinizi daha yaxşı anlamağa, həm də həddən artıq yeməkdən qorunmağa kömək edir.

3️⃣ Təmiz hava alın

Gün ərzində qısa gəzintiyə çıxın və açıq havada vaxt keçirin. Təmiz hava enerjinizi artırır və əhvalınızı yaxşılaşdırır.

4️⃣ Hərəkətli olun

Həftədə ən az 5 dəfə idman etməyə çalışın. Tam bir saat vaxt tapa bilmirsinizsə, gün ərzində daha çox gəzin və hərəkət edin. Bu, həm fiziki, həm də zehni sağlamlığınıza müsbət təsir göstərir.

5️⃣ Tərəvəz yeyin

Hər gün 3–5 porsiya tərəvəz və 3 meyvə qəbul edin. Tərəvəzlər az kalorili, vitamin və mineral baxımından zəngindir və kilo balansınızı qorumağa kömək edir.

6️⃣ Bitter şokolad yeyin

Gününə bir parça bitter şokolad və bir fincan qəhvə ilə başlamaq həm enerji verir, həm də ləzzətli bir vərdişdir. Bitter şokolad az kalorili, lif və antioksidan baxımından faydalıdır.

7️⃣ Yeterli yatın

Hər gecə ən azı 7 saat yatın. Yaxşı yuxu enerji səviyyəsini yüksəldir, gün ərzində daha yaxşı qərar verməyə kömək edir və hormon balansını qoruyur.

8️⃣ Sevdiklərinizi xatırlayın

Səhər oyandığınızda minnətdar olduğunuz və sevdiyiniz şeyləri düşünün. Bu, pozitiv ruh halını qorumağa və məqsədlərə fokuslanmağa kömək edir.

Bu sadə vərdişləri gündəlik həyata keçirmək sağlam həyat tərzi üçün əsas addımlardır.