Salatla birgə araq içmək olarmı?

Yeni ildə süfrələrdə olan mayonezli paytaxt və digər salatla birgə araq, spirtli içki və alkoqollu kokteyllərin qəbulu təhlükəlidir.

Sherg.az Medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq və hepatoloq Sergey Vyalov Yeni il üçün salatları və spirtli içkilərin ən təhlükəli kombinasiyasını açıqlayıb.

Onun sözlərinə görə, Olivie salatını şirin və güclü spirtli içkilərlə - yarışirin və ya şirin şampan, şirin kokteyllər və araqla birləşdirmək xüsusilə təhlükəlidir, bu, kəskin pankreatitə səbəb ola bilər.

Qastroenteroloq spirtli içkiləri və yağlı qidaları mədəaltı vəzi üçün ən pis kombinasiya adlandırıb. O, içkilərdəki şəkərin karbohidrat yükünü artırdığını bildirib.

Həkim Olivie, eləcə də paytaxt salatını yüngül, şəkərsiz spirtli içkilərlə - quru şərab və ya brut şampan ilə birləşdirməyi təklif edib. O, əlavə edib ki, Olivie salatından sonra əsas yemək ağır souslar olmadan bişmiş ət, balıq və ya quş əti ola bilər.