
Saxta içkilər korluğa da səbəb olur -Professor
Yusif Nəzərli
08:00 27.02.2025
Sağlamlıq
620
Yalnız peşəkar istehlakçı spirtin iyindən onun saxta olub-olmadığını hiss edə bilər
"15 nəfərin spirtli içkidən zəhərlənməsi ilə bağlı araşdırma aparılır”.
Bunu səhiyyə naziri Teymur Musayev deyib. Nazir əlavə məlumat verməyib.
Qeyd edək ki, Baş Prokurorluq 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlandığını və ibtidai istintaq aparıldığını açıqlamışdı.
Həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.
Spirtli içkilərin zərərli vərdişlər sırasında yer aldığını vurğulayan professor Adil Qeybulla “Sherg.az"a açıqlamasında deyib ki, xüsusən də aşağı keyfiyyətli içkilərin istifadəsi tövsiyə olunmur:

“Güman edirəm ki, həmin şəxslərin ölümünə zəhərlənmə deyil, qaraciyərin zədələnməsi səbəb olub. Alkoqolla qəbul edilən spirt qaraciyərdə parçalanır ki, bu da qaraciyərə çox mənfi təsir edir. Alkoqolun mikrob öldürücü təsiri çox azdır. Onun tibbi spirt qədər təsiri olduğunu düşünənlər də yanılır. Hətta virus infeksiyalara qarşı əllərin spirtlənməsinin özü effektiv vasitə sayılmır.
Statistika göstərir ki, il ərzində spirtdən zəhərlənmələr də kifayət qədər çoxdur.
Əvvəla onu deyim ki, tibdə istifadə olunan və apteklərdə satılan spirt içildikdə insan üçün çox təhlükəli ola bilir. Apteklərdə əsasən etil spirti (etanol) və ya izopropil spirti satılır. Bunlar içmək üçün deyil və çox təhlükəlidir. Xüsusilə də izopropil spirti və ya tərkibində zərərli əlavələr olan etil spirti içildikdə ölümə səbəb ola bilər. Əgər kimsə təsadüfən içibsə, dərhal tibbi yardım almaq vacibdir. İstənilən halda alkoqol orqanizmə toksiki təsir göstərir. Alkoqol qəbulu bədənə, bütün orqanizmlərə xeyli ziyan vurur”.
Vizual olaraq saxta arağı müəyyənləşdirməyin çox çətin olduğunu vurğulayan professor qeyd edib ki, yalnız peşəkar istehlakçı spirtin iyindən onun saxta olub-olmadığını hiss edə bilər:
“Onu da deyim ki, spirtli içkiləri qəbul edən şəxslər dozaya məhəl qoymurlar. Bu da orqanizmdə ciddi dəyişikliklər yaradır. Orqanizm dozanı qəbul etmədikdə onu orqanizmdən kənar etməyə çalışır. Qusma, ümumi halsızlıq əlamətləri olur. Bu, alkoqol zəhərlənməsi kimi dəyərləndirilə bilər”.
Professorun sözlərinə görə, alkoqollu içkilər texniki standartlara uyğun gəlmədikdə korluğa da səbəb ola bilər: “Bəzən aşırı doza həddində spirtli içkinin qəbul edilməsi yuxululuq və komaya gətirib çıxarır. Dəqiq araşdırmalardan sonra konkret rəy vermək mümkündür. Alkoqollu içki aşağı keyfiyyət parametrindədirsə, texniki standartlara uyğun hazırlanmayıbsa və tərkibində etil spirti varsa, bu, insan həyatı üçün olduqca təhlükəlidir. Bu yaxınlarda spirtli içkidən başqa ölüm halları da qeydə alınıb. Araşdırma zamanı bəlli oldu ki, həmin içkilərin tərkibində 70 faizə qədər etil spirti var. Bu faiz ölümcül dozadır. Orqanizm zəifdirsə, aşırı dozada içki qəbul etmək də təhlükəyə və ölümə səbəb olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya