Təbiətin ən güclü superqidalarından biridir
Market rəflərində quru üzüm və əriklərin arasında tez-tez nəzərdən qaçan xurmalar əslində təbiətin ən güclü superqidalarından biridir. Ekspertlər bildirirlər ki, xurmalar yalnız şirin qəlyanaltı deyil; bədənin enerji, həzm, əzələ və beyin sağlamlığını dəstəkləyən tam bir qida mənbəyidir. Tərkibindəki təbii şəkər, lif, vitamin və minerallar sayəsində həm bədəni, həm də zehni tarazlıqda saxlayır.
“Şərq” xəbər verir ki, diyetoloqlar xurmanın liflə zəngin olduğunu və bunun həm həzm, həm də ürək sağlamlığı üçün böyük önəm daşıdığını bildirirlər. Üç ədəd hurma təxminən 5 qram lif ehtiva edir ki, bu da gündəlik lif tələbatının əhəmiyyətli hissəsini qarşılayır. Mütəmadi xurma istehlakı bağırsaq hərəkətlərini tənzimləyir, qəbizliyi azaldır və toxluq hissini uzadır.
Xurmalar yüksək miqdarda təbii şəkər daşısa da, lif strukturu bu şəkəri tarazlayır və qan şəkərinin ani yüksəlməsinin qarşısını alır. Bu səbəbdən xurma şokolad və şəkərli qəlyanaltılara nisbətən daha balanslı enerji mənbəyi hesab olunur. Günorta enerjiniz düşəndə bir-iki xurma kifayət edə bilər.
Xurmalar karbohidrat baxımından zəngin olduğundan idmandan əvvəl ideal enerji mənbəyidir. Aşağı qlisemik indeksi enerjinin yavaş və balanslı salınmasını təmin edir.
Xurmanın tərkibindəki həll olunan lif LDL xolesterolu azaltmağa kömək edir. Araşdırmalara görə, müntəzəm xurma istehlakı həm xolesterol, həm də qan şəkərinin balansına müsbət təsir göstərir.
Xurmanın yüksək potasium tərkibi əzələ hərəkətlərini və ürək ritmini tənzimləməyə kömək edir. Potasium həmçinin hüceyrələrdə su balansını qoruduğundan, hurma istehlakı bədənin su balansını dəstəkləyir.
Xurmalar güclü antioksidantlar - flavonoidlər, karotenoidlər və fenolik turşular ehtiva edir ki, bunlar həm ürək xəstəliklərinə, həm də bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərir.
Xurmadakı kalsium, fosfor və maqnezium sümük sıxlığını artıraraq osteoporoz riskini azaldır. Araşdırmalar göstərir ki, xurma zəngin qida modeli bilişsel performansı artırır və yaddaş itkisi riskini azaldır.
Nəticə olaraq bir porsiyonu belə əhəmiyyətli olan xurmalar, yalnız dadlı qəlyanaltı olmaqla kifayətlənmir, bədən və zehni sağlamlığı dəstəkləyən təbii şəfa mənbəyi kimi xidmət edir.