“Sığorta varsa, tibbi xidmət tamamilə pulsuz olacaq” - TƏBİB sədri
16:12 01.01.2021
Sağlamlıq
629
"Ölkəmizin şimal bölgəsində pilot layihə kimi icbari tibbi sığortanın icrasına başladıq və hazırda 23 rayonda tibbi sığorta tətbiqi davam etdirilir. Türkiyənin tibbi sığorta sahəsi ilə sıx əməkdaşlıq və məlumat mübadiləsi etdik. Yola belə başladıq”.
Axşam.az xəbər verir ki, bunu TƏBİB sədri Ramin Bayramlı "Anadolu" agentliyinə Prezident İlham Əliyevin tapşırığı ilə TƏBİB tərəfindən tətbiq ediləcək tibbi sığorta sistemi barədə danışarkən bildirib.
O qeyd edib ki, icbari tibbi sığorta sistemini tətbiq etmək üçün ölkədəki təxminən 3500 xəstəxana TƏBİB-in tabeliyinə verilib. Xəstəxanaların bu sistemin tələblərinə uyğun olması üçün islahatlara başlanılıb.
R. Bayramlı vurğulayıb ki, əslində icbari tibbi sığorta 2020-ci ildə tətbiq olunmalı idi, ancaq epidemiya onu təxirə saldı:
“Epidemiyanın yaratdığı problemlərin əksəriyyətini geridə buraxdıq və epidemiya ilə mübarizə təcrübəsi qazandıq. Buna görə də növbəti dövrdə heç bir gecikmə yoxdur. 1 yanvar 2021-ci il tarixindən etibarən tibbi sığorta sistemi Bakı xaric bütün ölkədə tətbiq ediləcək. 2021-ci il aprelin 1-dən isə bu layihə Bakı və ətraf qəsəbələrdə həyata keçiriləcək. Bununla da, bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq”.
R. Bayramlı bildirib ki, tibbi sığorta mövcud tibbi xidmətlərin əksəriyyətini əhatə edəcək:
“Vətəndaşlarımız ölkənin bütün bölgələrində tibbi xidmətlər ala biləcəklər. Tibbi xidmət onlar üçün əlçatan və tamamilə pulsuz olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual