ŞOK ! - “Botoksda istifadə edilən “Botulinum” öldürücü maddədir!” - İflic edir !
Fidan Həmişəyeva
11:28 09.09.2020
Sağlamlıq
1661
“Botulinum”un 75 mikroqramı bir insanı öldürmək üçün kifayətdir”
“Zəhərin 1 kilosu isə dünyadakı insanların hamısını öldürəcək qədər güclüdür”
Gündəlik əhvalımızı üz mimikaları daha yaxşı bildirir. Gülmək, əsəbiləşmək, üzgün görünmək üçün üzdəki mimik əzələlərin rolu böyükdür. İllər ötdükcə bu mimik əzələlər qırışlar meydana gətirir. Belə qırışlar isə insanlarda, xüsusən xanımlarda narahatlığa səbəb olur. Beləliklə “gözəllik qurban tələb edir” prinsipinə əsaslanaraq müxtəlif prosedurlara əl atılır.
Belə prosedurlar isə hər zaman xoş nəticələr yaratmır.
Alın və göz kənarındakı qırışlar insanı daha yaşlı göstərdiyi üçün xüsusən bu qırışlardan şikayətlənənlər çoxdur. Qırışların yaranma səbəbləri isə insanın üz dərisi, əzələlərin quruluşu, yaş və.s amillərdən asılıdır. Çarə isə əksər insan üçün eynidir: Botoks.
Həkim-kosmetoloq Lalə Mehdi “Sherg.az”a açıqlamasına görə, bu gün botoksdan istifadə edən insanlar kifayət qədərdir. Botoks tək qırışların deyil, eləcə də həddindən artıq tərləmənin qarşısını almaq üçün istifadə olunur:
“Mimik qırışlardan qurtulmaq xanımlar üçün ən böyük arzudur. Lakin hər insan botoksa ürək etmir. Təbii massajla da qırışlardan qurtulmaq mümkündür. Amma bu, uzunmüddətli prosedurdur. Ona görə botoks hazırda ən çox tələb olunan bir üsuldur. Botoks göz ətrafındakı qaz ayağı qırışlarında, alındakı düz xətlərdə, boyundakı cizgilərdə, gülən zaman ağız ətrafında yaranan qırışlarda istifadə olunur”.
Kosmetoloq tibbdə “botulizm” adlı xəstəliyin olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu xəstəlik üz əzələlərinin iflicidir:
“Bədənə yayılan infeksiya zamanla nəfəs yollarını iflic edir və nəticədə xəstə ölümə qədər gedib çıxır. Özəl şirkətlər botulizmə səbəb olan toksinləri Botoks markası altında satırlar. Kosmetologiyada da məhz bu məhlullardan istifadə edilir. "Botulinum" maddəsi həmin maddədir ki, sinirlərə təsir edir və onların hissiyyatını itirir.
Sinir hissiyyatının azaldılması, yaxud tamamilə yox edilməsi də sinir vasitəsi ilə hərəkət edən sahələrin iflicinə gətirib çıxarır. Botoks mimiki əzələlərə tətbiq olunduqda əzələlərin hərəkəti zəifləyir. Zəifləyən əzələlər artıq dərinin qatlanmasına şərait yaratmır və qırışlar da zamanla azalır. Bu məddə az dozada dəriyə yeridilir və kiçik iflic olan sahədə hamarlaşmalar müşahidə olunur".
L.Mehdi vurğulayıb ki, botoks xüsusi iynələrlə tətbiq olunur və bu sahədə bacarığı, biliyi olmayan naşı insanların fəaliyyəti xoşagəlməz hallara səbəb olur:
“Məhlul üzdə xüsusi hissələrə düzgün yeridilməlidir. Botoks bu sahədə təcrübəsi olmayan insan tərəfindən tətbiq olunduqda həm nəticəsi olmaya bilər, həm də qısa müddətli göz qapaqlarının sallanması müşahidə olunar”.
Kosmetoloq botoksun nə vaxtsa fəsad verəcəyi ehtimalının olduğunu da söyləyib:
“Üzə yeridilən bütün maddələr, silikonlar nə vaxtsa fəsad vermə ehtimalına malikdir. Botulinum ən zəhərli və öldürücü maddələrdən biridir. Botulinumun 75 mikroqramı bir insanı öldürmək üçün kifayətdir. Zəhərin 1 kilosu isə dünyadakı insanların hamısını öldürəcək qədər güclüdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat