ŞOK: "Övladına antibiotik vurdu, uşaq öldü" - Reseptsiz satılmasın!
Fidan Həmişəyeva
13:31 25.11.2020
Sağlamlıq
1230
“Həkim məsləhəti olmadan antibiotiklərdən istifadə ciddi fəsadlar yarada bilər”
Təəssüf ki, həkimlər arasında da bilgisizlik var. Bəzən ehtiyac olmadan xəstəyə antibiotik yazırlar”
İnfeksion xəstəliklər və soyuqdəymə zamanı müxtəlif müalicə üsullarından istifadə olunur. Antibiotiklər ən tez təsir göstərən vasitələrdən biridir. Lakin antibiotiklər yalnız həkim məsləhəti ilə təyin olunmalıdır. Buna baxmayaraq, həmin dərmanlar apteklərdə reseptsiz satıldığına görə maneəsiz alınır və istifadə olunur.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib ki, ölkəmizdəki apteklərdə antibiotiklərlə bağlı qaydalara əməl olunmur. Onun sözlərinə görə, COVID-19 dövründə problem daha da artdı:
“Bu qanunvericiliyin yerlərdə işləməsi istiqamətində işlər gücləndirilməli, ona nəzarət artırılmalıdır. Dövlət səviyyəsində bu məsələyə ciddi nəzarət olmalıdır”.
Şöbə müdiri qeyd edib ki, hazırda antibiotiklər reseptlə buraxılan dərmanlar sırasındadır:
“Bu məsələ qanunvericilikdə tənzimlənir, təəssüf ki, bu tənzimlənmə kağız üzərində qalır”.
Sözügedən məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı da açıqlama verib. ÜST rəsmisi vurğulayıb ki, antibiotiklərin uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır:
“Hazırda koronavirus pandemiyasına qarşı effektli müalicə yoxdur:
“Antibiotiklərdan istifadə bu dərmanlara qarşı davamlılığınn yaranmasına səbəb ola bilər. Hazırkı statistikaya görə, xəstəxanaya yerləşdirilən koronavirus xəstələrin 8 faizində bakterial və ya göbələk infeksiyasıdır. Bu da həmin xəstələrin 72 faizinin antibiotik istifadəsini göstərir. Ümumiyyətlə xəstəliyin yüngül mərhələsində antibiotiklərdən istifadə edilməsi düzgün deyil”.
Məsələ barədə “Sherg.az”a danışan tibb elmləri doktoru, həkim Şəmsiyyə Namazlı bildirib ki, digər ölkələrdə antibiotiklər həkim resepti olmadan satılmır. Ölkəmizdə də bu qaydanı tətbiq etmək lazımdır.
Həkim vurğulayıb ki, bu gün qrip və qızdırması olan şəxs özbaşına gedib, antibiotik tabletkası və ya iynəsini alıb vurur:
“Həmin şəxs həkimə gələnə qədər xəstəliyin gedişatını itirmiş oluruq. Bu zaman həkim müəyyən çətinlik çəkir. Yaxud da xəstənin özbaşına qəbul etdiyi antibiotik təsir etmədiyi üçün həkim məcbur olub, daha güclü təsirə malik antibiotik yazır. Məlumdur ki, özbaşına antibiotik istifadə edən şəxslərlə bağlı çoxlu sayda ölüm halları qeydə alınıb. Bir neçə il bundan qabaq ana övladına antibiotik vurduğu zaman uşaq şok vəziyyətinə düşüb, dünyasını dəyişdi”.
Ş.Namazlının sözlərinə görə, həkim məsləhəti olmadan antibiotiklərdən istifadə ciddi fəsadlar yarada bilər:
“Daxili orqanlarda, xüsusilə mədə-bağırsaq sistemində təhlükəli hallar yaşanır. Eyni zamanda əl və ayaqlarda qaşınma baş verir. Təəssüf ki, həkimlər arasında da bilgisizlik var. Bəzən ehtiyac olmadan xəstəyə antibiotik yazırlar. Bu, düzgün deyil. Bildiyimiz kimi, hazırda pandemiya dövrüdür. Həkim məsləhəti olmadan antibiotik qəbul edirlər. Amma həmin şəxslər belə etməklə orqanizmlərinə böyük zərbə vururlar. Xüsusilə böyrəklərin soruculuq qabiliyyəti itir. Bu baxımdan ölkəmizdə də antibiotiklərin reseptsiz satışı qadağan edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi